Yataqxanalar özəlləşdirilə bilər, sadəcə “əmma”sı var - İLGİNC
Bir vaxtlar rayonlardan paytaxta təhsil arxasınca gələn tələbələr və ya hansısa müəssisəsinin işçiləri üçün inşa edilən yataqxanalar təəssüf ki, indi funksiyasını itirib. Son zamanlar paytaxtın müxtəlif ərazilərində yataqxanaların sökülməsinə sakinlərin etirazının şahidi olmuşuq. Bu isə yataqxanaların fəaliyyəti məsələsini gündəmə gətirib.
Ümumiyyətlə, yataqxanalar nə üçündür? Hazırkı dövrdə onlara ehtiyac varmı? Bəs, yataqxanalarda yaşayan insanlar onu özəlləşdirə bilərlərmi? Əgər özəllişdirə bilərsə, prosedur necədir? Hara və kimlərə müraciət etmək lazımdır?
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (MKTD) hüquqşünası Qədir Qənbərovun AYNA-ya dediyinə görə, yataqxanalar əvvəllər idarə, müəssisə və təşkilatların balansında və onların idarəçiliyində idi: “Həmin idarə, müəssisə və təşkilat öz işçisini yaşayış sahəsi ilə təmin etmək hüququna malik idi. Order, protokol və Mənzil Məcəlləsinə uyğun olaraq, yataqxanada öz işçisini yaşayış sahəsi ilə təmin edirdi. Həmin qərar əsasında müəssisə rəhbərliyi tərəfindən işçiyə həmin yataqxanada yaşayış sahəsinə köçməsi barədə order verilirdi. Daha sonra özəlləşdirmə haqqında Dövlət Proqramı qəbul edildi. Həmin Dövlət Proqramına uyğun olaraq ayrı-ayrı idarə, müəssisə, təşkilatlara məxsus yataqxana binaları Dövlət Mənzil Fonduna aid edilməklə, yerli cra hakimiyyəti orqanlarının balansına verildi. Keçmiş yataqxanalar artıq yataqxana statusundan çıxarıldı. Bununla da mənzilin sənədləşdirilməsi ilə bağlı yollar yarandı”.
“Vaxtı ilə hər hansı bir müəssisəyə məxsus yataqxana binası həmin müəssisənin balansında olanda, orada qanuni əsaslarla yaşayış sahəsi ilə təmin olunmuş, əlində orderi, qeydiyyatı olmuş, faktiki ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla yaşamış şəxslər - keçmiş işçilər, yataqxana yerli icra hakimiyyəti orqanının balansına verildikdən sonra onların həmin mənzilləri sənədləşdirmək hüquqları var idi. Əgər onlar qeyri-qanuni əsaslarla yaşayırsa və ya məcburi köçkündürlərsə, onların sənədləşdirilməsinə heç bir şəkildə yol verilmir”, - deyə həmsöhbətimiz bildirib.
Departament əməkdaşının sözlərinə görə, müəssisə, təşkilat və idarələrin balansında qalan, yerli icra hakimiyyəti orqanlarının balansına keçməyən yataqxanalar hələ də mövcuddur: “Elə müəssisələr var ki, yataqxanasını öz idarəçiliyində hələ də saxlayır, işçilərini müvəqqəti yaşayış sahəsi ilə təmin edir. Belə olan halda isə vətəndaşların həmin mənzili özəlləşdirmək hüququ olmur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu var. Həmin qanun 26 yanvar 1993-cü ildə qəbul edilib. Sözügedən qanunun 6-cı maddəsində deyilir ki, yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin, təhsil müəssisələrinin balansında olan mənzillərin özəlləşdirilməsinə yol verilmir”.
Qənbərov qeydiyyatla bağlı KİV-də tez-tez mənzil istimar sahələrinin (MİS) adının hallandığına da toxunub: “MİS-lər qeydiyyatla məşğul olan bir təşkilat deyil. Onlar ərazidə əsasən sanitar təmizliklə (məşiət tullantılarının yığılması, ərazinin süpürülməsi) məşğul olan qurumlardır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla bağlı qanun var. Həmin qanuna əsasən, vətəndaşların qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması məsələləri Daxili İşlər Nazirliyinin müvafiq qurumları və hazırda ASAN xidmət tərəfindən icra olunur”.
Mövzunu AYNA-ya şərh edən Əmlak Ekspert Mərkəzinin (ƏEM) direktoru Ramil Osmanlı hesab edir ki, yataqxanaların özəlləşdirilməsi fundamental məsələdir: “Ona görə fundamental məsələdir ki, əvvəlki dövrlərdə bu tip özəlləşmələr olub, amma son illərdə artıq yataqxanaların özəlləşdirilməsi ilə bağlı müəyyən problemlər var. Əslində bunlar problemlər deyil. Əvvəlki dövrlərdəki özəlləşmələrə baxsaq, burada müəyyən istiqamətlərdə qanun pozuntularının olduğu da müəyyən olunur. Əvvəlki qanunvericiliklə balanssaxlayıcı - yəni yataqxana hansı qurumun balansındadırsa, həmin balanssaxlayıcı yataqxananın istifadəçisinə yataqxananın özəlləşidirilməsi ilə bağlı “etiraz etmirəm” məktubu verirdi, vətəndaş da həmin məktubla müvafiq rayon icra hakimiyyətinə yaxınlaşırdı, rayon icra hakimiyyətində daxili restavrasiya, rekonstruksiya işləri ilə bağlı (sanuzel və ya mətbəxin yaradılması və s.) sərəncam alırdı və sərəncam əsasında həmin işləri görürdü. İşlər yekunlaşdıqdan sonra sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edirdi, müxtəlif formalarda razılaşmalardan keçirdi və özəlləşdirməni edirdi”.
Ekspert deyib ki, indi mövcud qanunvericiliklə dövlət əmlakının özəlləşdirilməsi Dövlət Proqramı daxilində həyata keçirilir: “Həmin yataqxanalar dövlətin əmlakı olduğuna görə, yalnız Proqrama daxil edildikdə hərrac yolu ilə alınması və özəlləşdirilməsi mümkündür. Bu isə kütləvi şəkildə olmalıdır. Məsələn, bir yataqxanada bir otağın özəlləşdirilməsi formasında deyil, yataqxana bütövlüklə özəlləşməyə çıxarıla bilər. Və yalnız bu halda onun özəlləşməsi mümkün ola bilər. Əks təqdirdə, mümkün deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-04-2021, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-04-2021, 10:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09