Səhiyyəmizin “ŞİRİNLİK” xəstəliyini icbari tibbi sığorta SAĞALDACAQMI?
1 aprel 2021-ci ildən etibarən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanılıb. Bu il yanvarın 1-dən isə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb.
Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. 2022-ci ildən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Qanuna əsasən digər şəxslər, əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər isə 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Hazırda digər şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödənilir.
Modern.az vətəndaşların böyük maraqla gözlədiyi icbari tibbi sığorta ilə bağlı yaranmış suallarla İcbari Tibii Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) müraciət edib. Agentlikdən suallarımıza verilən cavabları təqdim edirik:
- Artıq 3 gündür ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Gözləntilər nədir, qarşıya qoyulan məqsədə nail olmaq mümkün olacaqmı, bu nə qədər zaman tələb edəcək?
- İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşmə mexanizmini yeni iqtisadi əsaslarla qurmağı özündə ehtiva edir. Əgər əvvəlki “Semaşko” sistemində tibb müəssisələrinə ödəniş çarpayı günlərinə görə edilirdisə, artıq ödənişlər xidmətə görə həyata keçiriləcək. Yəni toplanan vəsait tibb müəssisələrində vətəndaşlarımıza tibbi yardımın göstərilməsinə çəkilən xərclərin ödənilməsinə sərf olunacaq. Bununla da əhalinin səhiyyə ilə bağlı maliyyə yükü xeyli azalmış olacaq. Həyata keçirilən pilot layihənin nəticəsindən də məlum olduğu kimi, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinə müraciətlər artır. Əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində də davamlı tədbirlər görülməkdədir. Belə ki, tibb müəssisələrində avtomatlaşdırılmış laboratoriyaların qurulması, analizlərin nəticələrinin onlayn qaydada öyrənilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili kimi məsələlər üzərində mütəmadi iş aparılır.
İcbari tibb sığortanın gətirdiyi əsas yeniliklərdən biri tibb müəssisələrində İKT (informasiya kommunikasiya texnologiyaları) infrastrukturunun qurulması və tibbi məlumatların elektronlaşmasıdır. Bu istiqamətdə işlər davam etdirilir. Hər kəs şəxsi kabinetinə daxil olaraq icbari tibbi sığorta çərçivəsində onlara göstərilən tibbi xidmətlər haqqında məlumatları artıq onlayn rejimdə tanış ola biləcək. Bu həm vətəndaşlarımızın, həm də həkimlərimizin işini asanlaşdıracaq. Sığortaolunanların xəstəlik tarixçələrini onlayn izləmələri Azərbaycan üçün bir yenilikdir. Bu istiqamətdə təkmilləşdirilmə işləri davam edir.
Digər hədəfimiz Azərbaycanda ilkin səhiyyə xidmətinin inkişafına nail olmaqdır, bu məqsədlə ailə həkimi institutunun qurulması üçün müvafiq qurumlarla işlər icra edilir. Tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi ilə bağlı da aidiyyəti fəaliyyətlər nəzərdə tutulur.
Ölkəmizdə görülən işlər, aparılan islahatlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə sistem öz effektivliyini daha da artıracaq və dayanıqlığını təmin edəcək.
- İllərdir ki, rəsmilər “Azərbaycanda bütün tibbi xidmətlər pulsuzdur” deyir. Amma reallıq başqadır. Prosesə cəlb edilən həkim və tibbi personalın bu qaydalara əməl edəcəyindən, xəstədən, yaxınlarından “şirinlik” istəməyəcəyindən əminsinizmi? Əgər tibbi personal tərəfindən yol verilmiş neqativ hal aşkarlanarsa, əvvəlki illərdəki kimi “şirinlik” istəyər yaxud alarlarsa, onları hansı aqibət gözləyir?
- Tibb müəssisələrində sözügedən hallarla rastlaşan vətəndaş ilk növbədə bu haqda tibbi müəssisəsinin rəhbərliyinə və TƏBİB-ə müraciət edə bilər. Vətəndaş müraciəti ilə bağlı verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmasa Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya [email protected] elektron ünvanına məktubla müraciət edə bilər. Qanunvericiliyə əsasən vətəndaş tərəfindən göstərilmiş hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır və təsdiqini tapmış faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur. Eyni zamanda, vətəndaşların “Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna əsasən dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanlara və məhkəməyə müraciət etmək hüquq var.
- Sadə vətəndaş icbari tibbi sığortadan yararlanmaq üçün nə etməlidir? Bunun sadə, anlaşıqlı izahını verərdiniz.
- Sığortaolunan səhhətində yaranmış problemlə əlaqədar (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) ilk növbədə öz ailə həkiminə (poliklinika, həkim tibb məntəqəsi, kənd tibb məntəqəsi, Ailə Sağlamlıq Mərkəzi) müraciət etməlidir. Ailə həkimi sığortaolunanı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilər.
- Qaydalara görə, icbari tibbi sığortadan dövlət tibb müəssisələri ilə yanaşı, özəllərdə də yararlanmaq mümkün olacaq. Burada vətəndaşa seçim imkanı verilir, prosedur necədir?
- Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində müvafiq tibbi xidmətin göstərilməsi mümkün olmadığı halda, sığortaolunan göndəriş əsasında həmin xidməti yalnız Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsində əldə edə bilər. Həkim göndərişi olmadan Agentliklə müqaviləsi olan qeyri-dövlət tibb müəssisəsinə müraciət edən sığortaolunan əldə etdiyi xidmətin dəyərini tam həcmdə özü ödəməlidir. Müqaviləli özəl tibb müəssisəsinə göndəriş olduğu təqdirdə Xidmətlər Zərfi çərçivəsində sığortaolunana göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən qarşılanır. Agentlik Xidmətlər Zərfində olan, lakin dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin təmin edilməsi məqsədilə Bakı və Gəncə şəhərlərində qeyri-dövlət və təsərrüfat hesablı tibb müəssisələri ilə müqavilələr imzalayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-04-2021, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-04-2021, 11:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda... - İTTİHAM VAR...
16-12-2024, 14:08