reklam
Regionxeberlericom.az » Sosial » Arif Qasımova məxsus restoranın inzibatçısı HƏBS EDİLDİ

reklam

Arif Qasımova məxsus restoranın inzibatçısı HƏBS EDİLDİ



Bir neçə gün öncə “Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Nizami RPİ-25-ci Polis Şöbəsinin tərtib etdiyi protokola aprelin 3-də rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb. İnzibatçı Qarayev Fuad Hafiz oğlu “Neolit” şadlıq sarayında toy mərasiminin keçirilməsinə şərait yaradaraq xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib.

Unikal.org-un isə əldə etdiyi məlumata görə, "Neolit" restoranının sahiblərindən biri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovdur.

Qeyd edək ki, Arif Qasımovun qaynı İsrafil isə həmin restorana rəhbərlik edən şəxsdir.


Paylaş:


Müəllif : Tarix:
5-04-2021, 13:38
Sikayət   


loading...
Загрузка...