reklam
Regionxeberlericom.az » Sosial » Yoluxma artır: KİMDİR GÜNAHKAR? - Kimsə yaxasın kənara çəkə bilməz...

reklam

Yoluxma artır: KİMDİR GÜNAHKAR? - Kimsə yaxasın kənara çəkə bilməz...



Azərbaycanda son günlər koronavirus infeksiyasına yoluxanların sayı sürətlə çoxalmağa başlayıb. Son bir həftənin startistikasına nəzər saldıqda məlum olur ki, bu artım artıq 2000 nəfərlik həddi keçib. İşin ən pis tərəfi isə odur ki, ölüm saylarında da ciddi artış var.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu artımın səbəbini “üçüncü dalğanın” start götürməsi, əhalinin guya, məsuliyyətsiz davranması ilə izah etməyə çalışır. TƏBİB və Səhiyyə Nazirliyi də eyni fikirdədir və hər iki qurum hesab edir ki, son günlər koronavirus infeksiyasının sürətlə yayılmasının səbəbi insanların sanitar-gigeyena qaydalarına riyayət etməməsi və məsuliyyətsiz davranmasıdır.

Lakin sözügedən qurumların reallıqdan bəhs etmədiklər göz qabağındadır. Məsələn, metronun bağlanması fonunda avtobuslarla daşınmadakı biabırçı vəziyyət göz önündədir. Eyni avtobusda yüzlərlə insanın daşınması fonunda virusun çoxalma ehtimalı da artır. Lakin koronavirusa yoluxmanın bu qədər çoxalması ilə bağlı başqa bir iddia da var.

JAMAZ.İNFO xəbər verir ki, virusun əhali arasında sürətlə yayılmasında peyvəndləmə zamanı Səhiyyə Nazirliyi ilə TƏBİB-in səhlənkarlığı və yarıtmazlığının böyük rolu var. Belə ki, peyvəndləmə zamanı ictifadə olunan vaksin və şipris xüsusi utilizasiya qutularına atılmalıdır. Lakin istər Bakı, istərsə də rayon xəstəxanalarında buna ümumiyyətlə, riayət olunmur. Bu barədə bir qədər sonra.

Mütəxəssislər deyir ki, vaksinin tərkibində koronavirusun zəif forması mövcuddur. Və həmin zəif formalı koronavirus insan orqanizminə yerləşdirildikdən sonra 40 gün müddətində antitel yaradır və orqanizm kənardan gələn virusu asanlıqla tanıyıb, ona qarşı mübarizə apara bilir. Bu, aksiomdur və bütün xəstəliklərə qarşı hazılanana vaksinlərə xas əlamətdir.

Bəs, Səhiyyə Nazirliyi ilə TƏBİB nə edir? Yuxarıda qeyd etdik ki, vaksin vurulduqdan sonra istər ampul, istərsə də şiprislər mütləq xüsusi utilizasiya qablarına atılmalıdır. Çünki həm şiprisin ucunda və içində, həm də ampulda zəif formalı virus qalır. Həmin qablar düzgün utilizasiya edilmədikdə virusun inkişaf etməsi və yayılması üçün şərait yaranır. Məsələn, vaksin vurulduqdan sonra şipris və ampullar adi salofan torbalara atılır. Özü də ağız açıq şəkildə olan bu torbalara onlarla belə artıqlar yığılır və heç bir qayda gözlənilmədən zibil yeşiklərinə tullanılır. Mütəxəssislər iddia edirlər ki, belə mühitdə virus asanlıqla güclənməyə və artmağa başlayır. Ki, nəticədə həmin ərazidə yaşayan və ya o ərazidə çalışan, davamlı olaraq oradan keçən şəxslər də virusa asanlıqla yoluxa bilirlər.

Və bundan daha biabırçı hallar da var. Belə ki, bir çoxları vaksin vurdurmamaq üçün həkimlərə pul təklif edirlər. Vaksinlər sayla verildiyindən və onların hesabatı tələb olunduğundan peyvənd mütləq açılmalı və istifadə olunmalıdır. Bu zaman vurulmalı olan vaksin pul təklif etmiş şəxsə deyil, şipris vasitəsi ilə həmin salofan torbaya boşaldılır. Bu isə açıq-aşkar təhlükə deməkdir.

Bir çox həkimlər qeyd edirlər ki, prosesi dərhal nəzarət altına almaq üçün Səhiyyə Nazirliyi və TƏBİB utilizasiya prosesinə mütləq nəzarət etməli, vaksin vuruluan tibb müəssisələri xüsusi utilizasiya qabları ilə təhciz olunmalıdır.

Qeyd edək ki, koronavirusun sürətlə yayılmasının səbəblərindən biri də bu iddia ola bilər. Lakin digər amillərin də təsirinin böyük olduğu şübhəsizdir. Nəqliyyatın düzgün təşkil olunmaması, avtobusla daşınmalarda sıxlığın çoxluğu, gizli şəkildə toyların, yığıncaqların təşkili və sair məsələləri də gözardı etmək olmaz.


Paylaş:


Müəllif : Tarix:
5-04-2021, 13:45
Sikayət   


loading...
Загрузка...