reklam
Regionxeberlericom.az » Sosial » 50 nəfərlik toylara icazə verilmir, amma... – "İnsanları bezdirmək olmaz"

reklam

50 nəfərlik toylara icazə verilmir, amma... – "İnsanları bezdirmək olmaz"



"Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlar əksər hallarda yersizsizdir”.

Bu sözləri Sfera.az-a açıqlamasında qadağalara rəğmən son zamanlar ölkədə toy şənlikləri keçirmək cəhdlərinin artması səbəblərini dəyərləndirərkən, politoloq Cümşüd Nuriyev deyib:

"Bütün restoran və kafelər açılıb. Paytaxtda həmin məkanlar ağzına qədər dolur. Necə olur ki, 50 nəfərlik toy və ya nişan keçirmək olmaz, buna gedənlər cərimələnir, amma restoranlara, kafelərə daha çox adam gəlsə də, onlar fəaliyyət göstərirlər. Restoranların nəinki içərisi, çölü də bu ərəfədə insanlarla doludur, məsafə də gözlənilmir”.

Həmsöhbətimiz ölkədə səhiyyə sisteminin məhv olduğu qənaətindədir: "Bütün qərarlar da sanki ancaq yoxsullar üçün nəzərdə tutulub. Azərbaycanda səhiyyə sistemi də məhv olub. Ölkədə səhiyyə sistemilə məşğul olan bir təşkilat olar. Amma ölkəmizdə həmin sistemlə Səhiyyə Nazirliyi ilə yanaşı, alverçilərdən ibarət TƏBİB və Tibbi Sığorta məşğul olur. Bunların hamısı bir əldə cəmlənməlidir. Bu istiqamətdə əsaslı islahat həyata keçirilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) isə ümumiyyətlə ehtiyac yoxdur, parçalanmalıdır. Yığım məsələsi Dövlət Sosial Müdafiə Fonduna, reabilitasiya işi isə Səhiyyə Sisteminə verilməlidir”.

C. Nuriyevə görə, son günlər qadağa olunmasına baxmayaraq, artan toy və nişan şənliklərinə cəhdlər vətəndaşların mövcud qadağaya etirazlarının nəticəsidir: "Toy da keçirilməli, yas da yola verilməlidir, bura müsəlman ölkəsidir. Hansı qadağadan söhbət gedir ki, iri supermarketlər işləyir. 50 nəfərlik toy keçirməyə icazə vermirlər, amma iri supermarketlərdə minimum 100 adam olur. İnsanları bezdirmək olmaz”.



Paylaş:


Müəllif : Tarix:
5-04-2021, 16:32
Sikayət   


loading...
Загрузка...