Deputat universitetlərdəki bərbad vəziyyətdən danışdı: - "Bu illüziyadan başqa bir şey deyil"
"Universitetlərin reytinqini müəyyənləşdirən kriteriyalardan biri universitet kitabxanalarıdır. Barmaqla sayılası universitetlər istisna olmaqla, Azərbaycan ali təhsil müəssisələrinin kitabxanaları bərbad vəziyyətdədir”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev deyib. Onun sözlərinə görə, universitet rektorunun əsas keyfiyyətlərindən biri kitabı bilməkdir:
"O cümlədən rektorun keyfiyyətlərindən biri kitaba dəyər vermək olmalıdır. Universitet var ki, son 10-15 ildə tələbənin ixtiyarına bir kitab belə verə bilməyib. Lakin keyfiyyətli təhsildən, uğurlardan danışırlar”.
Deputatın sözlərinə görə, universitet kitabxanalarının ciddi monitorinqi aparılmalıdır: "Tələbələrə ötən əsrin 60-80-ci illərində çap olunmuş kitablardan dərs demək illüziyadan başqa bir şey deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2021, 17:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-04-2021, 17:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti