Dalana dirənən “uşaqpulu”: - Tərəfdarları da var, əleyhdarları da
Azərbaycan ictimaiyyətində ən çox müzakirə olunan məsələlərdən biri “uşaqpuludur”. “Dövlətin gələcəyi olan uşaqları dövlət sağlam yetişdirməlidir” prinsipi ilə edilən çıxışlar bəzən populizmə hesablansa da, çox zaman haqlı səslənir. Lakin “uşaqpulu”nun verilməsi ilə bağlı fikirlər də müxtəlifdir. Əgər bu barədə fikirləri ümumiləşdirsək, mövcud fikir sahiblərini şərti olaraq üç qrupda qruplaşdırmaq olar:
1. "Uşaqpulu"nun 18 yaşadək verilməsinin zəruri oladuğunu səsləndirənlər
2. "Uşaqpulu"nun 12 yaşadək hamıya verilməsini tələb edənlər
3. "Uşaqpulu"nun mövcud imkanlara nəzərən, sosial durumu ağır olanlara, çoxuşaqlı ailələrə verilməsi tərəfdarları.
Maraqlıdır, “uşaqpulu” 18 yaşadək çatmamış hər bir uşağa verilməlidir, yoxsa yox?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa hesab edib ki, bütün uşaqlara 12 yaşınadək “uşaqpulu”nun verilməsi zəruridir:
““Uşaqpulu sosial müavinət formasında müəyyən kateqoriyalı uşaqlara verilir. Bunun adı “uşaqpulu” olmaya da bilər. Amma müavinət formasında bütün uşaqlara verilməsi zəruridir. Bütün uşaqların normal böyüməsi üçün bu vacibdir. Xüsusən, imkanı olmayan, vlideynləri işləməyən uşaqlara şamil edilməlidir. Ona görə də “uşaqpulu” deyərkən, hazırda müəyyən səbəblərdən- xəstəlikdən, valideynlərini itirməyə görə sosial müavinət alan uşaqlardan söhbət getmir. Bizim fikrimiz odur ki, bütün uşaqların sağlam böyüməsi üçün onların sosial müavinət almaları şərtdir. Bu, 18 yaşadək davam etməkdir.
Bunu yaş kateqoriyasına da bölmək olar ki, ilkin 6, sonra isə 12 yaşadək olan uşaqlara verilsin. 12 yaşadək zəruri olmalıdır. 12 yaşdan 18 yaşadək “uşaqpulu” verilməsi isə büdcədəki vəziyyətdən asılı ola bilər. Yəni dövlət imkanlarını təhlil etməli və əgər imkan olarsa, 12 yaşdan 18 yaşadək də sosial müavinət verilməlidir. Çünki bizim tək məsələmiz “uşaqpulu” deyil. İşğal olunmuş ərazilərdə quruculuq işlərinə maliyyə vəsaiti ayırıb, insanları öz yurd-yuvalarına da qaytarmalıyıq. Bunun üçün də böyük vəsait tələb olunur. Üstəlik, müdafiə və təhlükəsizlik xərclərinə də sərf olunan vəsaiti unutmaq olmaz. Amma bütün hallarda, ən azından 12 yaşadək uşaqların sosial müavinəti mütləq verilməlidir”.
Respublikaçı Alternativ Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, “uşaqpulu” ilk növbədə hamıya deyil, sosial durumu ağır olan uşaqlara şamil edilməlidir:
“Azərbaycanda 2,8 milyon 18 yaşına qədər uşaq var, hər birinə 300 manat versək, bu, ilə 10 milyard manatdan çox, 200 manat versək 7.5 milyard, 100 manat versək 3,5 milyard manat edəcək. Dövlət büdcəsi isə 25 milyard manat civarındadır. Əgər biz müxalif partiya olaraq, xal qazanmaq üçün danışsaydıq, könül istərdi deyək ki, hər uşağa 1000 manat pul paylansın. Bu, hər kəsin də könlünü xoş edərdi. Amma biz məsuliyyətli, gələcəkdə hökumət olmağı qarşısına məqsəd qoyan təşkilatıq. Biz bunu riyazi hesablamalarla danışırıq. Yəni dediklərimiz boş bir xülya olmasın və hökumət də hərəkətə keçsin. 2 milyon 800 mindən çox 18 yaşına çatmamış hər uşağa normal sosial müavinət verilməsi 300 manatdan görürəndə 10 milyard manat edir. Ona görə, çətin görünür.
Lakin biz təklif edirik ki, hər kəsə az məbləğdə “uşaqpulu” verməkdənsə, ehtiyacı olanlara, sosial vəziyyəti ağır olanlara, çoxuşaqlı ailələrə bu müavinət verilsin. Hər uşağa 20- 30 manat verməklə heç bir iş görmək olmaz. Biz təklif edirik ki, 2022-ci ilin büdcəsindən 1 milyard manat ayılıb, ehtiyacı olan olan uşaqlara verilsin. Ümid edirik ki, hökumət bu addımı atacaq. 1 milyard manatla ehtiyacı olan uşaqların hərəsinə 100 manat müavinət vermək mümkündür. Bu real rəqəmlərdir və riyazi əsaslarla əsaslandırılıb. Payız aylarında dövlət büdcəsinin müzakirəyə çıxarılacağı zaman bu təklifimizin nəzərə alınacağını gözləyirik. Bu barədə ciddi müzakirələr olmasa, hökumət mövcud tələbləri qeyri-ciddi qəbul edir”.
Natiq Cəfərli hesab edir ki, uşaqlara sosial dəstək yalnız birbaşa pul vermək şəklində olmaya da bilər:
“İlk növbədə sosial durumu ağır olanlar bu müavinəti almalıdır. Əgər gələcəkdə Azərbaycanda büdcənin formalaşdırılması daha da artsa, büdcə oğurluqlarının, büdcədən qeyri-rasional xərclərin qarşısı alınsa, iqtisadi aktivlik artsa, yavaş-yavaş büdcənin neftdən asılılığı azalsa, bu mümkündür. “Uşaqpulu”nu yalnız pul şəklində vermək də şərt deyil. Ola bilər ki, təhsili pulsuz etsinlər. Bu da sosial dəstəkdir. Yəni uşaqlara birbaşa deyil, dolayı yolla da yardım etmək olar. Bu istiqamətdə müxtəlif sahələrdə yardımlar edilə bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2021, 17:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-04-2021, 17:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24