reklam
Regionxeberlericom.az » Sosial » ŞOK iddia: “Qarabağda rus hərbi administrasiyası formalaşır” – Qarşısı alınsın!

reklam

ŞOK iddia: “Qarabağda rus hərbi administrasiyası formalaşır” – Qarşısı alınsın!



"Qarabağda rus hərbi administrasiyası formalaşır!”.

Bunu BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib. O, “Sherg.az” açıqlasında bildirib ki, mövcud vəziyyətdə hələ də rahat nəfəs almaq olmaz:

“Xankəndi və ətraf ərazilərdə rus-erməni işğalı dərinləşməkdə davam edir. Terrorçu rejim öz mövcudluğunu qorumağa çalışır. Ermənistan dövlət büdcəsindən Qarabağda tikintiyə 200 milyon dollar ayırır.

Qondarma rejim bu ərazilərdə ermənilər üçün 5 mindən artıq evin inşasını planlaşdırır. Ermənistanın hökumət üzvləri həyazıscasına Xankəndinə gəlib-gedirlər.

Qatı cinayətkar və terrorçubaşı Araik Arutyunyan erməni könüllü batalyon üzvlərini gizli şəkildə Xankəndinə gətirir və təltifetmə şousu yaradır. Çağırışçılar hərbi xidmətə cəlb edilir.

Revanşist bəyanatlar verilir. Laçında ermənilər üçün məktəb, yaşayış evləri təmir edilir. Ermənistanın Mehri kommunikasiya dəhlizinin açılmasını uzadır. Bütün bu hadisələr Azərbaycan ictimaiyyətində böyük narahatlıq yaradır”.

S.Məmmədlinin fikrincə, düşmən təxribatlarının qarşısında operativ və konkret addımlar gərəkdir:

“Rusiya sülhməramlılarının bütün addımları Qarabağda öz mövcudluqlarının möhkəmlənməsinə yönəlib. Onlar məlum razılaşmanın tələblərini yerinə yetirmir, yalnız erməni qəsbkarlarının istəklərini təmin edir, Xankəndi və ətraf ərazilərdə faktiki olaraq rus hərbi administrasiyasının formalaşması ilə məşğul olurlar.

Davamlı olaraq Rusiya rəsmiləri erməni hərbçilərlə tədbirlər keçirir, Rusiyanın MTS mobil rabitə şirkəti Xankəndi və ətraf ərazilərdə Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir, rus fondu - “Doktor Liza” ermənilər üçün müxtəlif humanitar yardımlar təşkil edir. İkinci bir tərəfdən isə məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtması prosesi gecikir.

Şuşa sakinləri qısa müddətdə öz evlərinə yerləşdirilməli və eyni zamanda digər azad olunmuş rayonlarımızda məskunlaşma prosesi həyata keçirilməlidir. Əsla gecikmək olmaz”.


Paylaş:


Müəllif : Tarix:
5-04-2021, 17:52
Sikayət   


loading...
Загрузка...