reklam
Regionxeberlericom.az » Sosial » 18 ilin icra başçısıdır... - İDDİA

reklam

18 ilin icra başçısıdır... - İDDİA



Yazının başlığından da görünür ki, söhbət 15 il sərasər Ağcabədinin icra başçısı işləmiş Şahin Məmmədovdan gedir.
İndi Şahin Məmmədovun mübarək avtobioqrafiyasına nəzər salaq:
1975–1983-cü illərdə "Azelektromontaj" idarəsində müxtəlif vəzifələrdə işləyib.
Şahin Məmmədov, sən 1975-83-cü illərdə nəinki ali məktəb, heç texnikum, hətta peşə məktəbini bitirməmişdin. Bəs belə olan halda sən hansı vəzifələrdə işləyə bilərdin ?
Sən 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmisənsə, 1983-cü ildə necə Bərdə LKGİ-də ikinci katib işləmisən ?
Yəni bu adamın tərcümeyi-halı suallarla doludur, özü bu suallara aydınlıq gətirməlidir.
Sonra Şahin Məmmədov 1996–2000-ci illərdə Bərdədə Əmanət Bankda şöbə müdiri, 2000–2004-cü illərdə isə Universal Bankın Bərdə rayon filialının müdiri olmuşdur.
Yəni köhnə bankirdir.
Şahin Məmmədov 2004-cü ildə Samuxun, 2005-ci ildə isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Şahin Məmmədovla bağlı Prezidentə ünvanlanan bir şikayət diqqətimizi cəlb etdi.
Həmin məktubda deyilir: “Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixdə 120 sahibkarın qarşısında çıxışında deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub. Başçı deyib ki, ona həmin pul qarşılığında Haramı və Ergi torpaqlarını satması təklif olunub. Lakin başçı bundan imtina etməyib. Belə görünür ki, pulu veriblər. Ona görə Şahin Məmmədov 12 min hektar torpağı satmaq istəyir”.
Görəsən Prezidentə ünvanlanmış bu şikayət məktubu niyə araşdırılmayıb ?
Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, şikayət məktublarının çoxunu məndən gizlədiblər, mən sonra bu barədə mətbuatdan xəbər tutmuşam.
Bəli, Şahin Məmmədovun PA-dakı dostları uzun illər şikayət məktublarını ölkə başçısından gizlədiblər.
Şahin Məmmədov uzun illər prezidentin abadlıq işlərinə, sahibkarlara, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara ayırdığı milyonları mənimsəyib.
Şahin Məmmədov tender yolu ilə külli miqdarda vəsaitə saxta sənədlər tərtib edərək həzm-rabedən keçirib.
Şahin Məmmədov onun barəsində şikayət edən vətəndaşları polis vasitəsilə izlədib, sahibkarları məhkəmə vasitəsilə cəzalandırıb.
Bu gün Şahin Məmmədovun biznesinin sərhədləri Batumi, Dubay, Almaniyaya qədər uzanır.
Onun Ağcabədidə, Bərdədə, Gəncədə, Daşkəsəndə Xoşbulaq yaylağında villaları, Bakı şəhərində isə sayı məlum olmayan evləri və obyektləri vardır.
Şahin Məmmədov neçə-neçə artezian quyusunun pullarını mənimsəyib, su kəmərlərinin pulunu yeyib, yerin altında qalan 16 km çuqun turbanı çıxartdırıb 1 milyon dollara satıb.
Saymaqla bitən, qurtaran deyil.
Bəs onda haqlı sual doğur: bütün bunları neçə illərdir hüquq-mühafizə orqanları niyə araşdırmır ?
Amma cəmiyyət əsas diqqəti Şahin Məmmədovun keçmişinə, təriqət söhbətinə “fokuslamalıdır”.
Şahin Məmmədovun ən çox qorxduğu “Axilles dabanı” budur...
Qalanı detallardır. //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
5-04-2021, 17:56
Sikayət   


loading...
Загрузка...