“HƏR İKİ TƏRƏF MÜHARİBƏYƏ HAZIRLAŞIR” – “Ukrayna Azərbaycanın təcrübəsini yaxşı öyrənib”
Ukrayna və Rusiya faktiki olaraq, müharibə astanasındadır. Hər iki ölkə dövlət sərhədində, eləcə də Ukraynanın işğal edilən əraziləri istiqamətində böyük ordu qruplaşmaları yerləşdirib. Rəsmi Kiyev, nəhayət, Donbasa nəzarəti bərpa etmək, Rusiyaya bağlı olan separatçı-terrorçu qüvvələri cəzalandırmaq niyyətindədir.
Artıq vəziyyət kritik həddə çatdığına görə ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı ilə müzakirələr aparararq, onu arxayın edib ki, Vaşinqton Kiyevə Rusiyanın təcavüzü qarşısında tam dəstək verəcək. Rusiya isə NATO-ya Ukraynaya ordu yerləşdirməməsinə dair xəbərdarlıq edib.
“AzPolitika.info” regiondakı proseslərin mümkün perspektivi, Ukraynanın Qərb müttəfiqlərinin gerçək niyyətləri və digər məsələlərlə bağlı Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri eksperti Sülhəddin Əkbərlə söhbətləşib.
- Sülhəddin bəy, Ukrayna-Rusiya cəbhəsində gərginlik davam edir. Tərəflər sərhədə kifayət qədər böyük sayda hərbi personal və texnika toplayıb. Beynəlxalq diqqətin də cəlb olunduğu bu regionda hazırda baş verənləri necə xarakterizə etmək olar?
- Əslində, Ukraynada gözlədiyimiz hadisələr baş verir. Rusiya işğal zonası olan Donbas və Krımda qüvvələrini artırır, ora canlı qüvvə, silahlar gətirir. Eləcə də buradakı hərbi qüvvələrini yenidən qruplaşdırır. Artıq ruslar orada 28 batalyon-taktiki qrup yaradıb. Bu qruplar iki halda - döyüşə və təlimə hazırlıq məqsədilə yaradılır. Eyni zamanda, Rusiya Ukrayna sərhədləri yaxınlığında hərbi təlimlər adı altında hərbi qüvvələrini cəmləşdirir. Artıq, təxminən 23 batalyon-taktiki qrupun oraya gətirildiyi haqda Ukrayna hərbi kəşfiyyatının məlumatı var. Həmçinin, martın 30-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məlumatları ölkə parlamentində rəsmən açıqlayıb. Ukraynanın kəşfiyyat məlumatlarına görə, daha 25 belə batalyonun da gətirilməsi planlaşdırılıb. Yekunda 53 batalyonun bu prosesə cəlb edildiyi bildirilir. Bu, böyük silahlı qüvvədir. Hər bir batalyon-taktiki qrupda 800-900 nəfərin olduğunu nəzərə alsaq, söhbətin böyük zərbə qüvvəsindən getdiyi məlum olar.
Amma Ukrayna Baş Qərargah rəisi onu da açıq dedi ki, ölkəsi 100 minlik qüvvə ilə hücum əməliyyatlarına hazırdır. Beləliklə, hər iki tərəf öz silahlı qüvvələrini döyüşə hazır vəziyyətə gətirib. Eyni zamanda, son günlərdə təmas xəttində atəşkəs pozulur, ağır silahlardan istifadə edən tərəflər mövqe savaşı aparır. Ukrayna tərəfindən ölən və yaralananlar olub. Bir sözlə, Ukraynadakı vəziyyət böhran həddindədir və hər an orada atəşkəs pozula bilər. Və görünən odur ki, Rusiya orada silahlı gücdən istifadə etməklə təhdid siyasəti aparır.
- Rusiya bununla nəyə nail olmaq istəyir?
- Rusiyanın məqsədi güc nümayiş etdirib, Ukraynaya öz şərtlərini qəbul etdirməkdir.
- Hansı şərtləri nəzərdə tutursunuz?
- Rusiya Minsk sazişinin öz şərtləri əsasında yerinə yetirilməsini istəyir. Bu məqsədlə də güc nümayiş etdirir, Ukraynanı təhdid edir. Bu, eyni zamanda ABŞ-a mesajdır. Bu proses Bayden administrasiyasının Rusiyaya, konkret Putinə yönəlik ittihamlarından sonra başladı. ABŞ kəşfiyyatı “Rusiya işini” yekunlaşdırdığını bildirdi, Milli Kəşfiyyat Şurası isə son hesabatını başa çatdırdı və bunu prezidentə təqdim etdi. İndi söz Bayden administrasiyasındadır. Baydensə bir ay əvvəl çıxışı zamanı Putini “qatil” adlandırmışdı. Hazırda Konqresin hər iki qanadında Ukrayna ilə bağlı qanun layihəsi hazırlanıb.
Başqa sözlə, Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsi gündəmdədir. Rusiya da bu addımı atmaqla ABŞ-a göstərir ki, əgər siz Moskvaya yönəlik siyasəti sərtləşdirəcəksinizsə, bizim də Ukrayna və postsovet məkanı daxil olmaqla xarici hərbi siyasətimiz daha radikal olacaq. Fikrimcə, Rusiyanın Aralıq dənizinə hərbi gəmilər və sualtı qayıqlar, eləcə də Suriyaya təyyarələr göndərməsi, İdlib bölgəsində gərginliyin artması və s. bu siyasətin göstəricisidir. Qısaca desək, dünya nizamı və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması və münasibətlərin kəskinləşməsini müşahidə edirik. Bu, əslində gözlənilən prosesdir. Eyni zamanda, Azərbaycanın işğal altında qalan bölgəsində Rusiyanın öz silahlı qüvvələrini artırmasına da bu kontekstdə baxmaq lazımdır. Yəni böyük geopolitik qarşıdurma və savaş gedir və Rusiya da öz mövqeyini gücləndirir.
- Ukraynanın Baş Qərargah rəisi onu da bildirdi ki, rusların batalyon-taktiki qrupları Ukraynanın dərinliklərinə doğru irəliləyə bilər. Sizcə, bunun açması nədir və bu deyilənlər nə dərəcədə real görünür?
- Bir var məsələyə nəzəri yanaşma, bir də var kəşfiyyat informasiyası əsasında danışmaq. Mən Ukrayna və Rusiya mediasını izləyirəm. Ümumiyyətlə, dünyanın kəşfiyyat cameəsi bu fikirdədir ki, son nəticədə Rusiya buna getməyəcək, çünki bu addım Rusiyanın maraqlarına cavab vermir.
Əvvəla, Ukraynaya qarşı belə əməliyyatın aparılması üçün azı 250 minlik canlı qüvvə tələb olunur. Hazırda Rusiyanın əraziyə gətirdiyi canlı qüvvə 50 mindən bir qədər çoxdur. Eyni zamanda Rusiya nəzərə almalıdır ki, ABŞ əvvəlki illərdən fərqli olaraq Ukraynanı daha sərt şəkildə müdafiə edəcəyini elan etdi. Aprelin 2-də ilk dəfə Baydenlə Zelenski arasında telefon danışığı olub. Ağ Evin görüşlə bağlı yaydığı məlumatda qeyd olundu ki, Prezident Bayden Ukraynaya sarsılmaz dəstəyinin davam edəcəyini bildirib.
- “Sarsılmaz dəstək” nə deməkdir?
- Ona görə “sarsılmaz dəstək” ifadəsini xatırlatdım ki, söhbət güclü dəstək veriləcəyindən, Ukraynanın tək buraxılmayacağından gedir. Bundan əvvəl də ABŞ Baş Qərargah rəisi ukraynalı və rusiyalı həmkarları ilə danışıqlar aparıb, eləcə də ABŞ müdafiə naziri, dövlət katibi Kiyevə zənglər ediblər. Ukrayna mətbuatının və mütəxəssislərinin gəldiyi qənaətə görə, ABŞ Ukraynanı əmin edib ki, Rusiya təcavüzü qarşısında onları tək buraxmayacaq. Yəni Ukraynanın yanında olacaqlar. ABŞ-dan gələn məlumatlardan belə anlaşılır ki, Vaşinqton Ukraynaya böyük hərbi-texniki dəstək verəcək. Yəqin ki, bura ilk növbədə kəşfiyyat-informasiya dəsətəyi daxil ediləcək. Həmçinin, Ukraynaya xüsusilə həssas və yüksək texnologiyalara əsasən hazırlanan silahların verilməsi nəzərdə tutulur. Əlbəttə, burada heç kim ABŞ ordusunun birbaşa döyüş əməliyyatlarında iştirakını gözləmir.
- Bu prosesdə NATO da fəallıq göstərir. Rusiya isə NATO qüvvələrinin Ukraynaya yerləşdirilməsinə kəskin etiraz edir...
- NATO ittifaqı da artıq öz silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Bunun özü Rusiyaya ciddi xəbərdarlıqdır. Çünki hansı qərarın veriləcəyi məlum deyil. Müharibə başlayandan sonra ciddi sanksiyalar olacaq, Rusiyanın siyasi-diplomatik təcridi başlanacaq. Bir sözlə, siyasi-diplomatik və geniş sektoral iqtisadi sanksiyalar olacaq. Rusiyanın təcavüzü genişləndirəcəyi və Ukraynanın dərinliklərinə doğru inkişaf etdirəcəyi təqdirdə ABŞ Kiyevə hərbi-texniki dəstək verməklə bərabər Rusiyaya qarşı iqtisadi müharibəyə də başlaya bilər. Burada da əsasən üç istiqamət ola bilər: neft sanksiyası, SWİFT-dən çıxarılma və Rusiyanın hesablarına həbs qoyulması. Yeri gəlmişkən, NATO Ukraynanın 14 minlik ordusunu şəhər döyüşləri üçün hazırladığını bəyan edib. Bu da Rusiyaya təhdiddir və o mənanı verir ki, bizim də işğal olunan zonaları azad etmək planlarımız var. Qənaətim belədir ki, tərəflər bir-birinə qarşı bütün istiqamətlərdə - siyasi, iqtisadi, diplomatik, hərbi, təhlükəsizlik və kəşfiyyat istiqamətlərində güc nümayiş etdirir. Bu güc nümayişinin iri miqyaslı döyüş əməliyyatlarına keçib-keçməyəcəyini isə dünya diqqətlə izləyir. Hələlik son qiymətləndirmə belədir ki, gərginlik getdikcə artır, döyüş əməliyyatlarının başlama ehtimalı yüksəkdir.
- Son iddialardan biri də belədir ki, Kanada və İngiltərənin böyük yük təyyarələri Ukrayna hava limanlarına enir. Bu, o deməkdir ki, rəsmi Kiyev London və Ottava tərəfindən də hər cür dəstək alacaq?
- Qeyd edim ki, bu baş verənlər II Qarabağ savaşındakı vəziyyəti xatırladır. Hesab edirəm ki, müharibənin başlanacağı təqdirdə bu dəfə Ukrayna ciddi dəstək alacaq. Necə ki, bizə Böyük Britaniya, İsrail, Çin bir növ pərdə arxasında, Türkiyə və Pakistan isə meydanda ciddi dəstək verdi. Məncə, analoji dəstək də Ukraynaya olacaq. Yəni qardaş Türkiyə, ABŞ, İngiltərə və s. dövlətlər bu prosesdə iştirak edəcəklər. Ön planda, sözsüz ki, ABŞ, Türkiyə və Böyük Britaniya olacaq. Onu da nəzərə almaq lazımdır ki, Polşada yerləşdirilən NATO-nun Çevik Qüvvələrinə Türkiyə rəhbərlik edir və qardaş ölkənin 4200 nəfərlik canlı qüvvəsi də Polşada yerləşdirilib.
- Ukrayna ordusu və dövlətinin potensialını necə qiymətləndirmək olar, bu dost ölkənin Rusiyanın qarşısında duruş gətirmək və Donbası separatçılardan təmizləmək üçün yetərli potensialı varmı?
- Rusiya anlayır ki, irimiqyaslı hərbi əməliyyatlar Moskvaya baha başa gələcək. Rusiyanın gücü indi faktiki olaraq səpələnib. Vaqner muzdlu döyüşçüləri Afrika qitəsində, Suriyada, Liviyada, Moldovada, Ukraynada, Gürcüstanda və Mərkəzi Asiya ölkələrində mövcuddur. Əgər Ukrayna-Rusiya müharibəsi başlayacaqsa, fikrimcə, bunun regional müharibəyə çevrilmək ehtimalı yüksək olacaq. Yəni yayılmış və genişlənmiş Rusiyaya qarşı düyanın digər ölkələrində də asimmetrik və kəşfiyyat savaşı başlaya bilər. Ona görə də, Rusiyaya anladırlar ki, bunun bədəli ağır olacaq. Rusiya da öz imkanlarını nümayiş etdirir.
Mən deyirdim ki, kollektiv Qərb Ukrayna ordusunu hazırlamaq üçün “Ukrayna-2020” proqramı qəbul edib. Artıq bu proqramın başa çatması ilə Ukrayna ordusunun modernləşdirilməsi də yekunlaşıb. Məndə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin yarım milyon döyüşə hazır hərbi qüvvəsi var. Başqa sözlə, Ukraynada döyüşlərdə iştirak etmiş və təcrübəsi olan 400 mindən çox hərbçi var. Üstəlik, məxsusi olaraq şəhər döyüşləri üçün hazırlanan ordu var. Ukraynaya yeni silahlar verilir. Türkiyədən də dronlar alıblar. Ola bilsin ki, Ukrayna cəbhəsində Türkiyə, ABŞ və İsrailin yeni istehsalı olan dronları da görək. Bildiyiniz kimi, hər bir əməliyyat, müharibə eyni zamanda yeni silahların sınaqdan çıxarılması meydanıdır. Odur ki, burada Ukraynaya dəstək verən ABŞ, Britaniya, Kanada, Türkiyə, İsrail və digərləri həm də yeni silahlarını sınaqdan çıxaracaq.
Sözsüz ki, hərbi əməliyyatların başlayacağı təqdirdə Polşanı da unutmamaq lazımdır. Əslində, Ukraynaya dəniz üzərindən yardımlarda mərkəz rolunu Türkiyə, quruda isə Polşa oynayacaq. Bildiyiniz kimi, Polşa və Rumıniyada həm də ABŞ-ın böyük bazaları var.
- Kremlin strateji məqsədlərindən birinin Ukraynanın dənizə çıxışının qarşısını almaq olduğunu düşünən ekspertlərin ehtimalına görə, Mariupol və Odessa hücum hədəfi ola bilər. Sizcə, bu ehtimal da daxil olmaqla, hansı ssenarilərin reallaşması mümkündür?
- Mən ümumi olaraq gərginliyin artacağı, atəşkəsin intensiv şəkildə pozulacağı, lokal əməliyyatların başlayacağı qənaətindəyəm. Buna paralel olaraq, ABŞ-la Rusiya arasında internsiv danışıqlar gedəcək. Bu danışıqlar həm hərbi, həm də diplomatik kanallar vasitəsilə aparılacaq. Hər halda tərəflər riskin artdığını, döyüş ehtimalının olduğunu bildirir, amma bunun irimiqyaslı müharibəyə keçməsi ehtimalının az olduğu fikrindəyəm. Mənə elə gəlir ki, may ayına doğru əmliyyatların başlama ehtimalı daha yüksək olacaq. Çünki ərazinin relyefi elədir ki, yağışlı havada hərbi texnikanın hərəkəti çətin olur. Bu, Ukrayna ordusunun təlim keçirdikdən sonra gəldiyi qənaətdir. Əslində, əməliyyatların bir qədər yubanmasının səbəbi də bununla bağlıdır. Mən Ukrayna ordusunun öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu düşünürəm. Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsi onları ruhlandırıb. Ukrayna bizim təcrübəni yaxşı öyrənib, qardaş Türkiyə də bu istiqamətdə onlara yardım edir, təcrübə mübadiləsi gedir. Qısası, hər iki tərəf müharibəyə hazırlaşır. Amma müharibənin olub-olmayacağına dair qərar dövlət başçıları səviyyəsində verilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-04-2021, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-04-2021, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda... - İTTİHAM VAR...
16-12-2024, 14:08
Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma - İfşa edildi
16-12-2024, 11:42