reklam
Regionxeberlericom.az » Sosial » “Deyirdilər ki, pulumuzu verin, əməllərinizə göz yumaq” - Generalların ŞOK HƏBSİ

reklam

“Deyirdilər ki, pulumuzu verin, əməllərinizə göz yumaq” - Generalların ŞOK HƏBSİ



“Azərbaycanda ifşaedici materiallar, hətta cinayət əməlləri bəzən ehtiyatda saxlanılır və zamanı gələndə istifadə olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlan Şixəliyev və həmin Nazirliyin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizam Şirinovun həbsini şərh edərkən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.

İlham İsmayıl iki generalın həbsinin prespektivdə nələri ortaya çıxara biləcəyini belə şərh edib:

“İstintaq Baş İdarəsində çox iş üzrə istintaq aparılıb və orada saysız qanunsuzluqlar baş verib. Bu gün bizi daha çox maraqlandıran Hərbi Əks-Kəşfiyyat İdarəsinin keçmiş rəhbərinin həbsidir. 2012-ci ildən başlayaraq, orduda elə hadisələr baş verib ki, bu cinayətlərin qarşısı alınmayıb.

Hərbi Əks-Kəşfiyyat İdarəsinin vəzifəsi orduda adi neqativ hallardan tutmuş, düşmənin törədə biləcəyi əməllərin qarşısını almaqdır. Çox təəssüf ki, Nizam Şirinovun dövründə hərbi hissələrlə belə bir anlaşma olub ki, “pulumuzu verin, göz yumaq”.

Hətta eşitdiyimə görə, Nəcməddin Sadıkov hərbi hissələrə və korpuslara tapşırıq verib ki, onların pullarını verin, hərbi hissələrə buraxmayın. Bir müddət əvvəl hərbi hissələrdə xüsusi bölmənin işçilərinin sayı azaldılmışdı və onlar hərbi hissələrə gəlib-getmirdilər. Onlara orduda baş verən hadisələr yox, pul lazım idi. O pul da çatdırılırdı.

Orduda baş verən bəzi cinayətlər sonradan üzə çıxdı. Belə olanda, Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməlləri də üzə çıxır ki, bu işlərdən xəbərləri olub. Orduda aparılan işlər və sorğular onu göstərir ki, İdarə əməkdaşları neqativ hallardan xəbərdar olsalar da, bunlara göz yumublar. İstintaq hərtərəfli aparılanda, daha çox detallar üzə çıxacaq. Bilmək olmaz, daha kimlər həbs edilə bilər.

Ən birincisi, bu həbslər şefə – keçmiş nazir Eldar Mahmudova doğru aparır. Çünki bu iki şəxs açar fiqurlardır. Ola bilsin, illər sonra Eldar Mahmudova qarşı addımlar atılacaq. Bu həbslər prespektivdə həm ordudan, həm də ləğv edilmiş MTN-dən başqa generalların da istintaqa cəlb edilmələri ilə nəticələnə bilər”.




Paylaş:


Müəllif : Tarix:
6-04-2021, 15:48
Sikayət   


loading...
Загрузка...