Qarabağa qanunsuz səfər edən vətəndaşları hansı cəza gözləyir? - "300 manat cərimə, həbs..."
Böyük Vətən müharibəsinin yekunlaşdığı gündən bu yana tez-tez işğaldan azad olunan ərazilərə vətəndaşlarımızın qanunsuz səfər etməsi ilə bağlı xəbərlər yayılır.
Qanunu pozan şəxslər isə təbii olaraq polis tərəfindən saxlanılır.
Maraqlıdır, işğaldan azad olunan ərazilərə qanunsuz səfər edən vətəndaşlarımız hansı şəkildə cəzalandılır? Qanunda bununla bağlı müddəa varmı?
Məsələ ətrafında Sfera.az-a danışan "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev sözügedən qaydanın pozulacağı təqdirdə vətəndaşın 300 manatadək cərimə oluna biləcəyini qeyd edib:
"İşğaldan azad olunan ərazilərə səfərlə bağlı İnzibati Xətalar Məcəlləsində hansısa maddə yoxdur. Amma işğaldan azad olunan ərazilər qorunan, mühafizə olunan ərazilərdir. Mühafizə edilən ərazilərə qanunsuz daxil olmaqla bağlı isə İnzibati Xətalar Məcəlləsində maddələr var və 100 manatdan 300 manatadək cərimə nəzərdə tutulur. Hesab edirəm ki, bu istiqamətdə cəzaların sərtləşdirilməsi lazımdır. Çünki sözügedən qaydanın pozulması insan ölümü ilə nəticələnə bilir. Hətta bundan ötrü ayrıca tərkib yaradılmalıdır ki, işğaldan azad olunan ərazilər minadan tam təmizlənənədək nəzarət mexanizmi güclü olsun. Bundan əlavə cəza tədbirləri ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə maddələr daxil edilməlidir"
Digər müsahibimiz vəkil Roman Qaraşov isə işğaldan azad olunan ərazilərə qanunsuz səfər edən vətəndaşlara ilkin mərhələdə hansısa cəza verilmədiyini vurğulayıb.
Ekpsert cəza tədbirlərinin aşağıdakı hallarda görüldüyünü diqqətə çatdırıb:
"Məlumdur ki, indiyədək işğaldan azad olunan torpaqlarımızda 20-ə yaxın insan mina partlaması nəticəsində həlak olub, 85 nəfərə yaxın insan isə xəsarət alıb. Bu isə ciddi həyəcan siqnalı verir ki, bu ərazilər həqiqətən də təhlükəlidir. Minalanmış ərazilərin xəritəsi verilmədiyi üçün işğaldan azad olunan ərazilərə qanunsuz səfər etmək olmaz, bu çox risklidir. İstənilən ərazidə insanların həyatı üçün təhlükəli şərait varsa, həmin istiqamətə hərəkət məhdudlaşdırılır və normativi pozan şəxsə qarşı cəza tədbirləri görülür. Cəza tədbiri vətəndaşın polisin geri dönməyi ilə bağlı çağırışına əməl etmədikdə görülür. Yəni cəza polisin müvafiq göstərişinə əməl etməməklə bağlı olur. Məsuliyyət inzibati qaydada olur. İlkin olaraq şəxs ərazidən uzaqlaşdırılır. Əgər vətəndaş bu qaydaya əməl etmirsə, o zaman inzibati qaydada qısamüddətli həbs olunur. Bu da həyatı riskin qarşısının alınması üçündür".
Paylaş:
Müəllif : Yazar
Tarix:6-04-2021, 17:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-04-2021, 17:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29