"Hesab edirəm ki, hörmətli Araz Əlizadə nəyisə səhv salır" - QALMAQAL
"Səfir Polad Bülbüloğlu heç vaxt nə yazılı, nə də şifahi şəkildə mənə rusdilli azərbaycanlı politoloqların olmadığı haqda heç nə deməyib".
Bunu ONA-nın Moskva bürosuna açıqlamasında Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
"Hesab edirəm ki, hörmətli Araz Əlizadə nəyisə səhv salır. Mən heç vaxt belə şey deyə bilmərəm. Çünki hörmətli səfir Polad Bülbüloğlu ilə tez-tez görüşüb danışırıq. Mən heç vaxt rusdilli olmayan azərbaycanlı görməmişəm, o ki qaldı rus dilli olmayan azərbaycanlı politoloq görüm. Ona görə də bu bəyanat çox qəribədir", - deyə rusiyalı deputat vurğulayıb.
L.Kalaşnikov Azərbaycanda siyasətçilərlə söhbətində Rusiyada hansısa millətin biznesdə, hansısa millətin jurnalistikada və ya digər sahələrdə üstünlüyə malik olduğunu söylədiyini bildirib: "Bunlar mənim dediklərimdir. Ancaq dəqiqdir ki, Polad Bülbüloğlu heç vaxt mənə nə yazılı, nə də şifahi şəkildə belə bir şey deməyib. Nəsə anlaşılmazlıqdır. Mən hər zaman deyirəm ki, azərbaycanlılar bizim informasiya meydançasında daha çox iştirak etməlidir. Buna qarşı Rusiya hakimiyyəti tərəfindən heç bir maneə də görmürəm".
Qeyd edək ki, Milli Məclisin deputatı Araz Əlizadə Dövlət Dumasının deputatı Leonid Kalaşnikovun onunla söhbətində səfir Polad Bülbüloğlunun Rusiya telekanallarında gedən tok-şoularda iştirak etmək üçün rusdilli Azərbaycan politoloqlarının olmadığını söylədiyini bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-05-2019, 11:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-05-2019, 11:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07