Tibb Universitetində qanunsuz xərclər aşkarlanıb, 400 min manatdan çox vəsait dövlət büdcəsinə qaytarılıb
Hesablama Palatasının Azərbaycan Tibb Universitetində (ATU) 2018-2019-cu illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair apardığı maliyyə auditinin nəticələri açıqlanıb.
Sənəddə qeyd edilir ki, ATU-da hərbi həkim hazırlayan Hərbi tibbi fakültədə çalışan, lakin Müdafiə Nazirliyinin kontingenti olan, 2018-ci ildə 55 nəfər və 2019-cu ildə 50 nəfər inzibati vəzifə tutan hərbçilərə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 19.10.1992-ci il tarixli qərarına əsasən, ödənilən məzuniyyət vaxtı 13-cü və 14-cü əməkhaqqı, rütbə haqqı, rütbə stajına, məharətə görə əlavə haqlar, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 13.07.2006-cı il tarixli qərarına əsasən, ödənilən kommunal xərclər, mənzil kirayəsi və yol xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olduğu halda, 2018-ci ildə 279036,0 manat, 2019-cu ildə isə 377182,9 manat, cəmi 656218,9 manat, o cümlədən 144368,1 manat 22% DSMF ayırması daxil olmaqla ümumilikdə 800587,0 manat vəsait ATU-nun vəsaiti hesabına ödənilib.
“SERP proqram təminatının modullarının satınalınması” ilə əlaqədar 2018-ci ildə keçirilmiş kotirovka sorğusunun qalibi ilə 11 modul üzrə 06.08.2018-ci il tarixli 19824,0 manat məbləğində bağlanmış müqavilə üzrə ATU tərəfindən avqust-dekabr ayları üzrə istifadə olunmayan 6 modul üzrə xidmət üçün 2018-ci ildə cəmi 10974,0 manat, 2019-cu ildə isə 8142,0 manat vəsait ödənilib. Maliyyə çətinlikləri ilə əlaqədar gələcəkdə geri qaytarılması məqsədilə maliyyə yardımı göstərilməsinə görə ATU-nun Elmi Şurasının 27.11.2018-ci il tarixli iclasının 3 saylı protokoluna əsasən, ATU-nun tabeliyində olan tam təsərrüfat hesablı fəaliyyət göstərən “Tədris Terapevtik Klinikası”na 400000,0 manat, “Tədris Cərrahiyyə Klinikası”na 900000,0 manat, cəmi 1300000,0 manat vəsait köçürülüb. Lakin debitor borc məbləğinin klinikalar tərəfindən geri qaytarılması təmin edilməyib.
Sənəddə ATU-da hərbi həkim hazırlayan Hərbi tibbi fakültədə çalışan inzibati vəzifə tutan hərbçilərə 656218,9 manat vəsaitin dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olduğu halda, ATU-nun daxilolmaları hesabına aparılması, “SERP proqram təminatının modullarının satınalınması” üzrə istifadə olunmayan 6 modul üzrə xidmət üçün 2018-2019-cu illərdə ümumilikdə 19116,0 manat vəsaitin ödənilməsi, həmçinin ATU-nun tabeliyində olan tam təsərrüfat hesablı fəaliyyət göstərən klinikalara cəmi 1300000,0 manat vəsaitin geri qaytarılmaq şərti ilə maliyyə yardımının göstərilməsi ATU-nun dövlət sifarişi və ödənişli təhsil haqları hesabına formalaşan daxilolmalarının qanunvericilikdə nəzərdə tutulmayan məqsədlərə xərc edilməsi, eləcə də təsərrüfat hesablı təşkilatlara maliyyə yardımının göstərilməsi, həmçinin müqavilə şərtlərinə uyğun olmayaraq vəsaitin ödənilməsi ATU tərəfindən gəlir və xərclər smetasında nəzərdə tutulmuş ümumilikdə 1975334,9 (rəqəm cəmi vermir) manat məbləğində vəsaitin səmərəsiz xərc olunması kimi qiymətləndirilir.
ATU-da yaradılmış təqaüd komissiyaları tərəfindən əsas tibbi baza təhsili üzrə tələbələrə təqaüdün təyin olunmalarına dair əmrlər verilərkən, tələbə təqaüdü yerlərinin sayının dövlət sifarişli təhsilalanların sayından artıq müəyyən edilməsi səbəbindən 2017/2018-ci tədris ilinin yaz semestrində 6 halda 3217,5 manat, 2018/2019-cu tədris ilinin payız və yaz semestrləri üzrə 6 halda 7849,0 manat, ümumilikdə 11066,5 manat tələbələrə təqaüd xərclərinə görə artıq ödəniş edilib, habelə təqaüdə görə tələbələrə artıq ödənilmiş 1581,3 manat vəsait tələbələr tərəfindən ATU-nun hesabına ödənildikdən sonra dövlət büdcəsinə qaytarılmayıb və ya növbəti hesablaşmalarda azaldılmayaraq ATU-nun müvafiq bank hesabında saxlanılıb ki, bu hallar Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın 2.4-cü bəndinin tələblərinin pozulması ilə yanaşı, bu sahədə işin düzgün təşkil olunmaması, eləcə də daxili nəzarət işinin zəif olması ilə əlaqələndirilir. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti Tender Komissiyasının sədri və ATU-nun 1 əməkdaşı tərəfindən təsdiq edilmiş, həmçinin satınalmalar zamanı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi nəticəsində 2018-ci ildə 7 halda 53011,0 manat, 2019-cu ildə isə 5 halda 64244,4 manat olmaqla, ümumilikdə 12 halda malların vahidinin qiyməti orta bazar qiymətindən baha qiymətə olmaqla, 117255,4 manat artıq xərcə yol verilib. İcraçıya əvvəlcədən ödənilmiş avans hesabına malların hissə-hissə qəbul edilməsi işinə nəzarət tələb olunan səviyyədə təşkil olunmayıb, baş vermiş maliyyə-təsərrüfat əməliyyatı üzrə ilkin uçot sənədlərinin tərtibi və sintetik uçotun aparılması işində nöqsanlara yol verilib, ödənilmiş avansa görə hissə-hissə alınmış yanacaq və sürtkü materiallarının dəyəri mühasibat uçotu üzrə analitik uçot kitablarına düzgün işlənməyib. Nəticədə, podratçı ilə 01.01.2020-ci il tarixinə aparılmış üzləşmə aktına əsasən, yanacaq və sürtkü materiallarının alınması üçün ödənilmiş avansın faktiki qalığı 4094,9 manat olduğu halda, həmin dövrə mühasibat uçotu üzrə qalıq 1547,7 manat və ya 2547,2 manat az olub.
Audit dövrünün sonuna 01.01.2020-ci tarixə ümumilikdə 6372066,8 manat debitor borcu, 1092708,0 manat kreditor borc olub. Maliyyə hesabatlarında 2018 və 2019-cu illər üzrə məlumatlar, o cümlədən, “Maliyyə vəziyyəti haqqında hesabat”da aktivlərin dəyəri və kapital ehtiyatları, “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da faktiki xərclər və maliyyə nəticələri düzgün əks etdirilməyib.
Auditor rəyində qeyd olunur ki, audit qrupunun hesabatına dair Azərbaycan Tibb Universitetinin rəyinə və yuxarıda göstərilənlərə əsasən, Universitet tərəfindən 2018-2019-cu illərdə daxilolmaların və xərclərin icrası üzrə, eləcə də, təhsil haqları üzrə bağlanmış müqavilələrin icrası, dövlət sifarişi üzrə büdcə vəsaitinin istifadəsi, ştatların saxlanması, dövlət satınalmalarının keçirilməsi, təqaüdlərin ödənilməsinin, həmçinin maliyyə hesabatlarının və onun strukturu üzrə hesabatların tərtibi işinin aparılmasının normativ hüquqi aktlara uyğunluğu üzrə audit meyarları ilə müqayisədə uyğunsuzluq halları müşahidə olunur.
Audit obyekti tərəfindən nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlər də açıqlanıb. ATU tərəfindən auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə dövlət sifarişi ilə təhsil alan, akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış və müxtəlif səbəblərdən xaric edilmiş tələbələr və rezidentlər üzrə Təhsil Nazirliyindən alınmış 282824,0 manat, təqaüd xərci üzrə artıq ödənilmiş 12647,8 manat, malların vahidinin qiymətinin orta bazar qiymətindən baha qiymətə alınması nəticəsində artıq ödənilmiş 117255,4 manat vəsaitin dövlət büdcəsinə qaytarılıb, cari təmir işlərinin aparılması üzrə podratçılara artıq ödənilmiş ümumilikdə 8947,0 manat vəsait isə ATU-nun bank hesabına bərpa edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-04-2021, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-04-2021, 11:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07