reklam
Regionxeberlericom.az » Sosial » Keçmiş MTN-də VƏTƏN XAİNLƏRİ belə istehsal olunurmuş... - ŞOK İDDİA

reklam

Keçmiş MTN-də VƏTƏN XAİNLƏRİ belə istehsal olunurmuş... - ŞOK İDDİA



Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin həbsi yenidən “MTN cinayətləri”ni gündəmə gətirib.

Eldar Mahmudovun bu strukturda yaratmış olduğu mütəşəkkil cinayətkar dəstənin sensasion cinayətinin qurbanı olan vətəndaşlar arasında şərti olaraq “Səid Dadaşbəylinin dəstəsinin işi” adlandırılan cinayət işində adı keçənlər də var.

Bu iş çərçivəsində həbs edilən Mikayıl İdrisov Gununsesi.info-ya müraciətində Mövlam Şıxəliyevin cinayətindən danışıb:

“Bildiyiniz kimi «Səid Dadaşbəyli qrupu» adı ilə məşhur olmuş bizə qarşı qaldırılmış cinayət işi tək ağır işgəncələrlə və bir gəncin ölümü ile nəticələndiyinə görə yox, həmçinin,KÍV-də uydurma dövlət çevrilişi ilə tanınmışdır. 2007-ci ilin aprel-may aylarında bu saxtalaşdırılmış işinin xitam olmasına az qalmış mənim işimi aparan müstəntiq Yasin Məmmədovun kabinetinə qandalda gətirdirdilər. Əlbəttə ki,mən Yasin Məmmədovum qəddarlığını eşitmişdim və hər şeyi gözləyirdim. Onun tərəfindən dindirmə zamanı dəfələrlə döyülmüşəm, mənəvi təzyiqlərə məruz qalmışam. Məsələn, bir dəfə o meənə hüquqlarımın olmadığını göstərmək üçün «istəsəm ikinci mertəbədə yaşadığın mənzilindən axtarış zamanı tank çıxacaq» dedi. Kabinetdə Yasin Məmmədovla yanaşı istintaq qrupunun rəisi Nadir Mustafayev ve onların rəhbəri Mövlam Şixəliyev da var idi. Mövlam Şixeliyev oturmuşdu, o birilər yanında ayaqda durmuşdular. Nadir Mustafayev Mövlam Şixəliyevə məni qatı cinayətkar və Azərbaycanın düşməni kimi təsvir etmişdir. Bir müddətdən sonra Mövlam Şixaliyev başladı mənlə qəzəbli danışmağa ve məni dövlət və hakimiyyət xaini adlandırdı. Mən buna dözməyərək etiraz etdim ve dedim ki «niyə görə Azerbaycanda dövlət çevrilişi olmadığı halda bizi baş vermiş dövlət çevriliş maddəsi ilə ittiham etmisiniz?» M.Şixeliyev daha çox əsəbləşərək, durdu ve mene yaxınlaşaraq başladı söyüb, təhqir etməyə.

Onun göstərişi ilə məni döydülər. Özü də arada mənə hücum edirdilər. Bu adam cinayətkar idi. Bu gün həbs olunubsa, törətdiyi bütün əməllərə görə məsuliyyətə cəlb olunmalıdır”.



Paylaş:


Müəllif : Tarix:
14-04-2021, 11:41
Sikayət   


loading...
Загрузка...