İcra hakimiyyətinin qarşısında ETİRAZ: vətəndaş başçı ilə görüş tələb etdi – VİDEO
Siyəzən rayon sakini Kanbayeva Zahidə Tofik qızı işsizlikdən əziyyət çəkən yüzlərlə rayon sakinindən biridir. İş üçün indiyədək qapısını döymədiyi idarə və dövlət qurumu qalmayıb.
Zahidə xanım deyir ki, o qədər iş üçün müraciət etmişəm ki, rayonda rəhbər şəxslər məni uzaqdan görəndə bilirlər ki, iş istəyəcəyəm. Bütün ümidləri və çarəsi tükənən Zahidə Kanbayeva Siyəzən rayon icra hakimiyyətinin qarşısına gələrək icra başçısı ilə görüş tələb edib. Bir neçə saat binanın qarşısında etiraz etsə də, onun bu istəyi yerinə yetirilməyib. Bir müddət sonra icra hakimiyyətinin humanitar məsələlər şöbəsinin əməkdaşları onunla görüşərək məsələnin qısa zaman ərzində həll olunacağını və onun işlə təmin ediləcəyini bildiriblər.
Gedin jurnalistə verdiyiniz müsahibəni sildirin sizə iş verək
Çəkilişdən sonra vətəndaş Zahidə Kanbayevaya icra hakimiyyətindən zəng edərək 7times.az-a verdiyi müsahibəni sildirmək müqabilində ona işlə təmin olunacağı vədi verilib. Daha sonra müsahibənin bir hissəsinin feysbuk sosial şəbəkəsində paylaşıldığını görən icra hakimiyyətinin nümayəndəsi yenidən vətəndaşla əlaqə saxlayaraq daha buna gərək olmadığını bildirib.
Ölkənin ən böyük quşçuluq fabriki olan Siyəzəndə təkcə SOCAR-ın 3 böyük sənaye təyinatlı müəssisəsi var. Amma bu rayonda iş tapmaq müşkül məsələyə çevrilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-04-2021, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-04-2021, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti