reklam
Regionxeberlericom.az » Sosial » "Rəmişi sağalda bilmədilər, koronavirus diaqnozu qoydular" - İTTİHAM

reklam

"Rəmişi sağalda bilmədilər, koronavirus diaqnozu qoydular" - İTTİHAM



"Nə Rəmiş, nə də mən koronavirusa yoluxmamışdıq. Rəmişi sağalda bilmədilər və ona koronavirus diaqnozu qoydular".

Bu sözləri Unikal.org-a açıqlamasında mərhum sənətkarın həyat yoldaşı Güllü Hüseynova deyib.

"Mən dəfələrlə bu barədə bildirmişəm ki, biz koronavirusa yoluxmadıq. Heydər Əliyev Fondu tərəfindən Rəmiş "Medika Hospital"da müalicəyə göndərildi. Son zamanlar Rəmişə yaxşı müalicə göstərmədilər. Onu sağalda bilməyidiklərini görüb, koronavirus olduğunu dedilər. Rəmişi itirdikdən sonra isə mənim də virusa yoluxduğumu bildirdilər. Bubları yalan şəkildə yayımlayan həkim Nuranə Nəsirova olub. Mənə söz imkanı da vermədi ki onun yalanını üzə çıxarım. Amma əlimdə sənədlərim var. Rəmiş koronavirusdan ölməyib. Onun ruhu ilə oynamasınlar. Ölüyə hörmət etsinlər".

Güllü Hüseynona son olaraq Dövlət başçısı İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya da öz minnətdarlığını bildirib.

Bildirək ki, məşhur gitarist Rəmiş ( Rafiq Hüseynov) aprelin 5-də 76 yaşında vəfat edib.


Paylaş:


Müəllif : Tarix:
14-04-2021, 13:41
Sikayət   


loading...
Загрузка...