Onlayn dərslərin yaxşı və pis tərəfləri - GƏLİŞMƏ
Koronavirus pandemiyası dünyada bütün sahələrə olduğu kimi təhsil sahəsinə də təsirsiz ötüşmədi, pandemiya şəraitində təhsilin ənənəvi qaydada davam etdirilməsi təhlükəli hala çevrildi. Belə bir şəraitdə distant təhsilin tətbiqi öz aktuallığnı xeyli artırmış oldu, yəni şagirdlərin təhsildən kənarda qalmaması üçün yeganə çıxış yolu distant təhsilin təşkili oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat vurğulayıb ki, distant təhsil aktual məsələyə çevrilməklə yanaşı, bu sahədə obyektiv və subyektiv problemlərin meydana çıxmasına da səbəb oldu:
“Bütün dünyada olduğu kimi, ölkəmizdə də gözlənilmədən tam formada distant təhsilə keçid əlbəttə ki, bir sıra çatışmazlıaqların meydana çıxmasını qaçılmaz etdi. Pandemiyadan öncə də ölkəmizdə distant təhsilin tətbiqi ilə bağlı zəruri tədbirlər görülsə də, lakin birdən-birə bütün ölkə üzrə distant təhsilə keçid nəzərdə tutulmurdu və ona görə də distant təhsilə tam hazırlıqlı deyildik, çünki heç kim pandemiyanın meydana çıxacağını və bütün ölkə üzrə distant təhsilin tətbiqi zərurətinin yaranacağını güman etmirdi. Heç cəmiyyətimiz də nə mənəvi-psixoloji, nə də texniki baxımdan distant təhsilə hazır deyildi.
Əlbəttə ki, distant təhsil heç bir halda canlı təhsili əvəz edə bilməz. Lakin qeyd etdiyim kimi, pandemiya dövründə tədrisin davam etdirilməsi üçün yeganə çıxış yolu distant təhsildir”.
Deputatın fikrincə, müəllim və şagirdlər arasında canlı ünsiyyətin olmaması, o cümlədən müəllimlərin şagirdlərin dərs zamanı davranışına birbaşa nəzarət etmək imkanının olmaması tədrisin keyfiyyətinə mənfi təsirsiz ötüşmür: “Distant təhsil zamanı onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalması, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsi nəticəsində şagirdlər bir növ müəllim nəzarətindən kənarda qalmış olur ki, bu da şagirdlərin bir az məsuliyyətsiz, bir az arxayın davranışı ilə nəticələnir. Həmçinin, onlayn dərs prosesi bilvasitə şagirdlərin ev mühitində keçirildiyindən valideynlərin də bu prosesdə iştirakı zərurətə çevrilib. Xüsusilə, aşağı siniflərdə valideyinlərin də tədris prosesində iştirakı, müəllimin verdiyi suallara cavabları övladına gizlicə deməsi kimi mənfi hallar da meydana çıxır. Eyni zamanda, bəzən şagirdlərin vəziyyətdən sui-istifadə edərək tədrisdən yayınması, dərslərə qoşulmaması kimi hallar da özünü göstərir”.
A.Həsənova vurğulayıb ki, distant təhsillə bağlı bir sıra problemlər isə texniki məsələlərlə bağlıdır: “Distant təhsilin mütəşəkkil təşkili üçün internet resurslarının rəvan çalışması vacibdir. Lakin elə ərazilər, yaşayış məntəqələri, kəndlər var ki, orada internetlə bağlı problemlər mövcuddur. İnternetin zəif olması və yaxud hansısa müddət ərzində olması tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərir. İlk növbədə, həmin yaşayış məntəqələrinin internetlə tam təmin ediməsini nəzarətdə saxlamaq lazımdır. Digər bir məsələ aztminatlı ailələrin texniki imkanlarının olmaması ilə bağlıdır. Məsələn, elə ailələr var ki, orada eyni anda 2 və ya 3 şagirdin dərslərə qoşulması zərurəti yaranır, lakin ailənin hər bir övladı üçün kompüteri və ya digər texnoloji vasitəsi yoxdur və belə olan halda, həmin şagirdlər təhsildən kənarda qalır. Hesab edirəm ki, Təhsil Nazirliyi bu cür ailələrlə fərdi iş aparmalıdır və hansısa formada həmin şagirdlərin dərslərə qoşulmasına şərait yaratmalıdır.
Əlbəttə ki, distant təhsil canlı təhsili əvəz edə bilməz, ancaq pandemiya dövründə distant təhsil yeganə çıxış yoludur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2021, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-04-2021, 16:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39