Vətəndaş bir maskanı günlərlə taxırsa... – Tibbi maskalar pulsuz paylana bilərmi?
"Dövlətin imkanı varsa, maskaları pulsuz paylamalıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında qoruyucu maskaların əhaliyə pulsuz paylanılmasının vacibliyi barədə son günlər səslənən təkliflərə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
"Bu işin texniki tərəfidir. Arzularla imkanlar üst-üstə düşürsə, maskalar yaxşı olardı ki, pulsuz paylanılsın. Bütün hallarda maska taxılması vacibdir. Onu pulsuz əldə etmək daha yaxşı olardı. Pulsuz olmasa da o alınıb taxılmalıdır. Bir sıra yerlərdə maskaların pulsuz paylanılması mümkündür. Amma bununla belə, pulsuz paylanılmasının kütləvi şəkil alacağını gözləmirəm”.
"ÜST fikrində səmimidirsə, buna getməlidir”
Bunu deyən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qoruyucu vasitələrin pulsuz verilməsinin tərəfdarıdır: "Maskanın doğrudan da virusdan qorunma vasitəsi olduğu təsdiqini tapırsa, Ümumdünya Səhiyyə Təşkilatı bu fikrində səmimidirsə, bu halda maskaların pulsuz paylanılmasına mütləq rəvac vermək lazımdır. Belə olarsa, insanlar tez-tez maskaları da dəyişər. İndiki halda, maskanın satılması onu göstərir ki, koronavirusla bağlı biznes istəkləri də var və bu istək hər şeyi üstələyir. Dünyanın qlobal qurumları onun pulsuz paylanmasına rəvac verməlidir. Bu halda virusla mübarizə daha effektli olar”.
"Pulsuz paylamaq israfçılığa səbəb olacaq”
Bu fikri əsas götürən maliyyə eksperti Əkrəm Həsənovisə sözügedən addımın effektiv olacağı qənaətində deyil: "Dövlətin maskaları pulsuz paylamağa imkanları var. Amma adətən, ölkəmizdə nəyisə pulsuz təqdim edəndə, israfçılığa yol verilir, necə gəldi istifadə edirlər. Belə olan halda isə yeyintilərin olacağı da istisna deyil. İşin bu tərəfindən qorxuram. Bu nöqteyi-nəzərdən maskanın pulsuz paylanılmasını effektiv hesab etmirəm”.
"Bu iş özəl sektora həvalə edilməlidir”
Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib: "İnkişaf etmiş ölkələrdə maskaların pulsuz verilməsi prosesinə daha çox özəl sektor dəstək olur. Çünki özəl sektorun korporativ sosial məsuliyyəti var. Avropada özəl şirkətlər öz vəsaitləri hesabına vətəndaşların daha çox istifadə etdiyi yerlərdə pulsuz maskaların təqdim edilməsini həyata keçirirlər. Ölkəmizdə də bu işə özəl sektorun könüllü şəkildə cəlb edilməsi daha məqsədəuyğundur. Maska istehsal edən şirkətləri təşviq etmək, subsidiya ayırmaqla bu istiqamətdə onların xərcini azalda bilərik. Belədə maskanın qiyməti də düşər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-04-2021, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-04-2021, 13:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39