reklam
Regionxeberlericom.az » Sosial » Ekspertdən mənzili plana düşən şakinlərə xəbərdarlıq: - “Diqqətli olun, müqavilədə...”

reklam

Ekspertdən mənzili plana düşən şakinlərə xəbərdarlıq: - “Diqqətli olun, müqavilədə...”



Bakının Nərimanov rayonunda plana düşən yaşayış binalarının söküntüsünə başlanılacaq.

Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər isə pilot layihəni reallaşdıran şirkət tərəfindən ödənilir. Qeyd edək ki, istismara yararsız olan qəzalı binaların sayı ötən il 17 olaraq göstərilmişdi. Bu ildən etibarən tədricən həmin binalar sökülür və təmir bərpa işləri gedir.

Məlum olduğu kimi, plana düşmüş binalardan köçürülən əhali ilə tikinti şirkəti arasında müqavilə bağlanır. Maraqlıdır, ev sahibləri müqavilə bağlayarkən hansı məsələlərə diqqət etməlidir? Köçürülmə prosesi gələcəkdə onları risk qarşısında qoya bilərmi?

Mövzuyla bağlı Sfera.az-a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov sakinlərin tikintiyə razılıq əldə olunmazdan əvvəl bəzi tələbləri irəli sürməli olduğunu bildirib:

"Əgər tikinti başlqdıqdan bir müddət sonra iş yarımçıq qalarsa, onda vətəndaş məhkəməyə müraciət etməlidir. Sakinlər tərəfindən kütləvi müraciət olarsa yerli icra hakimiyyəti hərəkətə gəlməli və həmin obyekt satışa çıxarılmalıdır. Bundan sonra hansısa investor layihəni alır və sonlandırır, məsələnin başqa həll yolu yoxdur.

Onu da qeyd etməliyəm ki, müqavilə bağlanmamışdan əvvəl sakinlər şirkətin özünü sığortalamasını tələb etməlidirlər. Belə olan halda şirkət müflis olarsa, sakinlər onlara dəyən zərəri geri ala bilərlər. Qanunvericilikdə bununla bağlı müddəa var".

Ekspert sakinləri tikintinin müddəti ilə bağlı diqqətli olmağa çağırıb: "Tikinti normalarına əsasən tərəflər arasında müqavilə bağlanarkən tikintinin müddəti sənəddə göstərilməlidir. Əgər müddət göstərilmirsə vətəndaş bunu qarşı tərəfdən mütləq şəkildə tələb etməlidir".


Paylaş:


Müəllif : Tarix:
16-04-2021, 16:42
Sikayət   


loading...
Загрузка...