reklam
Regionxeberlericom.az » Sosial » Milli Onkologiya Mərkəzinin qarşısında sıxlıq - "O şəkildəkilərin heç də hamısı..."

reklam

Milli Onkologiya Mərkəzinin qarşısında sıxlıq - "O şəkildəkilərin heç də hamısı..."



Facebook sosial şəbəkəsində Milli Onkologiya Mərkəzinin (MOM) Diqanostika korpusunun qarşısında sıxlığı əks etdirən şəkil paylaşılıb. Onkoloji xəstələrin toplaşdığı foto sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimi bildirib ki, MOM-un qarşısına toplaşan insanlara ara məsafəsi saxlamaq tövsiyə olunub: "Mühafizə xidməti Mərkəzə müayinə və müalicəyə gələn xəstələrə nömrə paylayıb. Hər kəsə tövsiyə olunub ki, sosial məsafə saxlasın. Yerdə də sosial məsafənin gözlənilməsi üçün xətt çəkilib. Çox təəssüf ki, insanlar bu tövsiyəyə əməl etmirlər".
A.Kərimi bildirib ki, MOM-un qarşısında duranların hamısının xəstəxanaya buraxılması mümkün deyil: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydası var. Biz də o qaydalara əməl edirik. O şəkildəkilərin heç də hamısı xəstə deyil. Bir xəstənin yanında 4-5 nəfər gəlir. Biz onların hamısını içəri buraxa bilmərik. Ona görə də xəstələrə növbə verilir ki, onlar açıq havada gözləsinlər. Bir xəstənin yanında içəri bir nəfər buraxılır. O şəkli çəkib sosial platformada paylaşanın nə demək istədiyini anlamıram. Yaxşı olardı ki, şəkli çəkməkdənsə həmin insanlara yaxınlaşıb onarı ara məsafəsi saxlamağa səsləyərdi. Bizim işimiz xəstəni müayinə və müalicə etməkdir".


Paylaş:


Müəllif : Tarix:
19-04-2021, 13:04
Sikayət   


loading...
Загрузка...