Azərbaycana böyük işsizlər qrupu qayıdacaq: - “Hökumət sosial gərginliyin qarşısını almaq üçün indidən…”
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib.
Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib. Dazili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.
“Əgər biz bu rəqəmi iyun ayının 15-nə qədər təmizləməsək, o zaman Prezidentin fərmanına əsasən həmin şəxslər ölkədən çıxarılmağa və sərhədlərin bağlanmasına qədər cəzaya məruz qalacaqlar”, - deyə Aleksandr Qorovoy vurğulayıb.
Məlumdur ki, Rusiyada qeyri-leqal yaşayan azərbaycanlıların böyük qismi əsasən əmək miqrantlarıdır. Ölkədəki işsizlik səviyyəsi vətəndaşlarımızı qonşu ölkələrin əmək bazarında iş axtarmağa vadar edib. Rusiyada işləyən azərbaycanlılar isə həm də ölkədə qalan yaxınları üçün dəstək rolunu oynayıblar ki, bunun da öz növbəsində Azərbaycan iqtisadiyyatına öz töhfəsi olub.
Rusiyada qeyri-leqal yaşayan azərbaycanlıların qayıtması ölkə iqtisadiyyatına necə təsir edə bilər? Eləcə də bu qərarın arxasında hansısa siyasi məqamlar dayanırmı?
İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, əsasən Ukrayna ilə bağlı verilmiş bir qərardır:
“Çünki Ukrayna Rusiyada ən çox qeyri-leqal miqrantı olan ölkələrdən biridir. Rusiya bu addımla Ukraynaya növbəti təzyiq vasitəsi hazırlamağa çalışır. Təbii ki, bu addımın nəticəsində digər MDB ölkələrinin vətəndaşlarına da zərbə dəyəcək. Amma düşünmürəm ki, ordakı azərbaycanlılar eyni anda ölkəyə qayıdacaqlar. Yəqin ki, onlar fəaliyyətlərlərini leqallaşdırmağa çalışacaq, bir hissəsi iyun ayına qədər sənədlərini qaydaya salacaqlar. Amma böyük bir hissəsi də Azərbaycana qayıda bilər”.
Natiq Cəfərli qeyd edib ki, onsuz da Azərbaycanda işsizliklə bağlı gərginlik var:
“Pandemiya işsizlərin sayı ilə bağlı rəsmi rəqəmlərin reallığı əks etdirmədiyini üzə çıxardı. Ölkədə böyük işsiz ordusu var. Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtması bu sosial gərginliyi daha da artıra bilər. Düşünürəm ki, indidən hökumət tərəfindən müəyyən addımların görülməsi yaxşı olar. Gözləmək lazım deyil ki, bu insanlar qayıtsınlar və sonradan hansısa addımlar atılsın. İndidən kiçik və orta sahibkarlığın fəaliyyəti üçün müəyyən addımlar atılmalıdır, vergi güzəştləri edilə bilər ki, həmin şəxslər burada iş problemi ilə qarşılaşmasınlar. Bu məsələlər öz həllini indidən tapmasa, sosial gərginliyin artması ilə bağlı müəyyən məsələləri müşahidə edə bilərik”.
İqtisadçı deyir ki, həmişə Azərbaycan iqtisadiyyatına Rusiyadan gələn pulların dəstəyi olub:
“Son vaxtlar bu kifayət qədər azalıb və ölkədəki iqtisadi aktivliyə də mənfi təsir göstərib. Paralel olaraq on minlərlə insanın Rusiyadan qayıtması əlavə gərginlik mənbəyinin yaranmasına səbəb ola bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-04-2021, 15:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-04-2021, 15:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39