Yeni yaradılan Agentlikdən GÖZLƏNTİLƏR: - “Büdcədən birbaşa pul ayrılması praktikasına son qoyaraq...”
“QHT-lərə Dövlət Dəstəyi Agentliyi Şura kimi fəaliyyət göstərəcəksə, bunun heç bir effekti və əhəmiyyəti olmayacaq”.
Bunu prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın ləğv edilməsi və əvəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, dövlət və hökumət orqanlarına vətəndaş nəzarətinin təşkili ölkədəki bir çox problemlərin peşəkar həllinə yardımçı olacaq:
“Hələ ki, idarəetmədə kimlərin təmsil olunacağı bilinmir, amma bu, ikinci dərəcəli məsələdir. Əsas məsələ Agentliyin fəaliyyət prinsiplərinin müəyyən edilməsidir. Əgər yeni yaradılan qurum elə Şura kimi fəaliyyət göstərəcəksə, bunun heç bir effekti və önəmi olmayacaq.
Əgər yeni fəlsəfə və yanaşma görəcəyiksə, paralel olaraq da qanunlar təkmilləşəcəksə, o zaman bu sahədə köklü dəyişikliklər ola bilər. Hamımız bilməliyik ki, ancaq vətəndaş cəmiyyəti institutlaşan dövlət güclü ola bilər.
Agentlik isə QHT-lərlə Dövlət-hökumət orqanları arasında körpü rolunu oynamalı, dövlətin yox, vətəndaş cəmiyyətinin sözcüsü olmalıdır. Ən yaxşı metodlardan biri Agentliyə büdcədən birbaşa pul ayrılması praktikasına son qoyaraq “sifarişli fəaliyyət” prinsipinə keçmək lazımdır.
Məsələn, hansısa nazirlik və ya dövlət qurumu bu və ya başqa problemin həllinə kənardan baxış, problemin peşəkar araşdırılmasını və həll yolları haqqında məlumat istəyirsə, tender elan edir, QHT-lər tender təkliflərini verir, sonda şəffaf şəkildə qərar qəbul edilir, vətəndaş cəmiyyəti Dövlətin məsləhətçisinə çevrilir. Məncə, bu mexanizm haqqında da düşünmək lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-04-2021, 17:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-04-2021, 17:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti