Vergi ödəyicilərinin sayı artır: Yeni qeydiyyat üsuluna maraq var
2021-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 240 min 652 vergi ödəyicisinin 87,7 faizi fiziki şəxs, 12,3 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167 min 992 vahid və ya 115,7 faiz artıb.
Bunun da 94,6 faizi fiziki şəxslərin, 5,4 faizi hüquqi şəxslərin hesabına mümkün olub. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.
2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.
İlin birinci rübündə 2 min 714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2 min 253-ü (83 faiz) elektron qaydada, 461-i isə (17 faiz) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17 faizi) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Bu dövrdə 2 min 494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25 faizlik artım deməkdir.
2021-ci ilin birinci rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2 min 840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artıb. Fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3 min 682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8 fazi azalıb.
Müvafiq dövrdə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1 788 vahid çox olub.
Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4 faizi kommersiya qurumlarıdır. Ümumiyyətlə, 136 min 997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16 faiz artıb.
Hesabat dövründə kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91 faizə yaxın olub.
Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7 faiz təşkil edib.
2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16 min 066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2021, 13:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2021, 13:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48