reklam
Regionxeberlericom.az » Sosial » “Memar İnşaat-2017” MMC-dən Prokurorluğa ŞİKAYƏT OLUNACAQ - Tikinti məqsədilə ağacları kəsiblər

reklam

“Memar İnşaat-2017” MMC-dən Prokurorluğa ŞİKAYƏT OLUNACAQ - Tikinti məqsədilə ağacları kəsiblər



Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2 280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".


Paylaş:


Müəllif : Tarix:
20-04-2021, 17:10
Sikayət   


loading...
Загрузка...