reklam
Regionxeberlericom.az » Sosial » Moskvanın Qarabağda YENİ ÖZBAŞINALIĞI - ETİRAZ

reklam

Moskvanın Qarabağda YENİ ÖZBAŞINALIĞI - ETİRAZ



“Ruslar və ermənilər 9 mayda keçirilməsi planlaşdırılan paradı Azərbaycanın “İskəndər-M” təzyiqlərinə cavab kimi ortaya atıblar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlılarının Qarabağın işağldan azad edilməmiş ərazisində keçirəcəyi 9 may paradına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev bildirib ki, Rusiya bununla ictimayyətin diqqətini “İskəndər-M” raketlərindən yayındırıb Xocalıya yönəltməyə çalışır:

“Parad üçün məşqlər məhz Xocalı hava limanında gedir. Həmin məşqlər Rusiyanın 80 şəhərində aparılır. Niyə məhz Rusiya və Ermənistan mediası Xocalıdakı məşqləri qabardır? Onlar çox yaxşı bilirlər ki, bu, bizə toxunacaq və ona görə də məqsədli şəkildə bunu təbliğ edirlər.

Parad Azərbaycanın ərazisində keçirilirsə, bu, rəsmi Bakı ilə mütləq razılaşdırılmalıdır. Əgər həmin ərazidə paradın keçirilməsi vacibdirsə və Azərbaycan tərəfi buna etiraz etmirsə, o halda Azərbaycan Xüsusi Təyinatlı bir briqadanı silahlandırır, geyndirir, aparırıq qoyuruq rusların avtomatlı cılız əsgərlərinin yanına, deyirik ki, biz də paradı sizlə bir yerdə qeyd edirik.

Üstəgəl biz oraya şəhid ailələrindən kiçik bir heyət, deputatlarımızdan bir neçəsini, bir də İkinci Dünya Müharibəsində işitrak edib səhhəti imkan verənlərdən bir neçəsini, o da olmazsa, onların övladlarını, nəvələrini göndərməliyik. Əgər Rusiya qoşunları hərbi paradda tək olacaqsa, getsinlər Gümrü hərbi bazasında paradlarını keçirsinlər”.

Ədalət Verdiyev qeyd edib ki, bu parad avantürası Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun Bakıdan boş yola salınmasına cavab kimi də qiymətləndirilə bilər.



Paylaş:


Müəllif : Tarix:
21-04-2021, 15:51
Sikayət   


loading...
Загрузка...