reklam
Regionxeberlericom.az » Sosial » “O, hörmətli adam idi, gərək belə etməyəydi...” - Rəşid Mahmudov Hüseynbalanın "bəla"ya düşməsindən danışdı...

reklam

“O, hörmətli adam idi, gərək belə etməyəydi...” - Rəşid Mahmudov Hüseynbalanın "bəla"ya düşməsindən danışdı...



Xəbər verdiyimiz kimi sabiq deputat Hüseynbala Mirələmovun yayılan məlum videosu iki gündür ki, müzakirələrə səbəb olub.

Məsələyə münasibət bildirən tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında hadisədən təəssüfləndiyini bildirdi:

“Hüseynbala müəllim hörmətli adamdı, gərək belə etməyəydi. Bu ağsaqqal adama yaraşmayan hərəkətdir. Deyilənə görə həmin qadın da ailəlidir. Axı kiminsə ailəsində bu cür problem yaratmaq nəyə lazım idi. Bunu çəkib sosial şəbəkələrdə paylaşanları da qınayıram. Bu düzgün addım deyil. Gərək Hüseynbala müəllim də belə şeyləri nəzərə alaydı. Görüntülərdən də görünür ki, o, kiminləsə danışır və əlini xanıma tərəf uzadır. Çox təəssüf, ölkə ziyalısının bu cür hərəkəti adamı məyus edir”.


Paylaş:


Müəllif : Tarix:
23-04-2021, 12:49
Sikayət   


loading...
Загрузка...