reklam
Regionxeberlericom.az » Sosial » Tibb işçilərinin əməkhaqları artırılacaq? - AÇIQLAMA

reklam

Tibb işçilərinin əməkhaqları artırılacaq? - AÇIQLAMA



Əməkhaqqı sistemi ilbəil təkmilləşdirilir, optimallaşdırılır. Əmək bazarının şərtlərinə uyğunluq istiqamətində tədbirlər görülür.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə “İcbari tibbi sığortanın tətbiqindən sonra tibb işçilərinin təsdiq edilən əməkhaqları və əlavələrinə artım olacaqmı?” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu tədbirlərin görülməsi müəyyən statistik məlumatlara istinadən edilir:

“Əlavələrin artırılması üçün fundamental baza olmalıdır ki, biz ona əsasən düzgün addımlar ataq. Bu işin maliyyə yükü var. İcbari Tibbi Sığorta Fondunun maliyyə imkanlarını mövcud əməkhaqqı sistemləri ilə uzlaşdırırıq. Çünki sabah biz əməkhaqqı artımını qarşılamalıyıq.

Biz daim ilbəil bu qaydaların təkmilləşməsinə baxacağıq. Ölkə üzrə biz bu ildən keçid etmişik. Böyük ehtimalla ilin sonunda ölkə üzrə toplanan statistik məlumatlara əsaslanaraq hansısa istiqamətdə əlavələrin artırılmasına, eləcə də bəzi ixtisaslarda mövcud olmayan əlavələrin verilməsi istiqamətində də yeniliklərin edilməsi gözlənilir”.


Paylaş:


Müəllif : Tarix:
23-04-2021, 18:09
Sikayət   


loading...
Загрузка...