reklam
Regionxeberlericom.az » Sosial » 3 ayağı qəddarcasına kəsilən pişik: “Mia” buna görə Azərbaycanda ilk heyvan olacaq

reklam

3 ayağı qəddarcasına kəsilən pişik: “Mia” buna görə Azərbaycanda ilk heyvan olacaq



“Mən onu xilas etməyin mümkünsüz olduğunu düşünürdüm. Əvvəlcə əzablarını yüngülləşdirməyin yeganə yolunun onu yatırtmaq olduğunu fikirləşirdim. Amma ... sanki pişik gözlərimə baxıb, yeganə pəncəsi ilə əlimi tutmağa çalışaraq onu diri-diri tərk etməməyimi xahiş etdi”.

Heyvansevər Nailə Rüstəmli “Mia”dan danışır bizə. O “Mia” ki, Nailə onu aprelin əvvəlində Xaçmazın mərkəzi küçəsində kafelərdən birinin önündə tapmışdı. Həm də qan içində.

Kimsə bu bədbəxt, dili-ağzı olmayan heyvanın üç ayağını qəddarcasına kəsib. Bir parça ət yediyinə görə...

“Mən onu tapanda yazıq “Mia” çox pis halda idi. Ağrayırdı. Onun yaşayacağına ümidim yoxdu. Tez onu baytara aparıb ilkin yardımı göstərdik”.

Nailə ona sahiblənəndən sonra “Mia” adını verib.

“İndi “Mia” artıq kəsilmiş ayaqları ilə hərəkət etməyə çalışır, amma yenə də onun üçün yerimək çox çətindi. Çünki yaralı ayaqları onu incidir. Hazırda onu Bakıda müalicə edirik. Yaxın günlərdə əməliyyat olunacaq”.

Nailənin “Facebook” səhifəsində “Mia” haqda məlumat paylaşması ona dəstək çıxanların sayını da çoxaldıb.

“Buradakı müalicə və əməliyyat onun tam sağalmasına kömək edə bilməz. Buna görə də qərar verdik ki, onu Türkiyəyə aparaq. Mayın əvvəlində “Mia”nı Türkiyədə əməliyyata aparacağıq. Orada ona 3d implant protez ayaqlar taxılacaq”.

Hə, “Mia” Azərbaycanda implant ayaqlara sahib ilk heyvan olacaq. Amma bu əməliyyatın baş tutması üçün pul lazımdır.

“Təqribi deyilən qiymət 2500 manatdır. Dəqiq qiymət “Mia” orda qaldığı müddətdə bilinəcək. Dostların köməkliyi ilə “Mia” üçün müəyyən qədər pul toplanmışdı. Burda həmin puldan 200 manatını onun ilkin müalicəsi üçün xərclədik. Balansımızda 800 manat qalıb. Təbii ki, yol pulu da lazımdır. Mən inanıram ki, tezliklə biz “Mia” üçün lazım olan məbləği toplayıb onun müalicəsini edəcəyik. “Mia” tam sağalacaq”.

Amma pişiyi xilas etmək təkcə onun sağlamlığını təmin etməklə bitmir. “Mia” kimi yüzlərlə pişik və başqa küçə heyvanları hər gün belə qəddarlıqla qarşılaşır. Nailənin sözlərinə görə, bu cür qeyri-insani hərəkəti edəni tapan kimi dərhal polisə müraciət etmək lazımdır.

Məlumata görə, hadisə Xaçmaz rayon Polis Şöbəsində hadisə araşdırılır və ciddi nəzarət altındadır. Bu əməli törədən şəxsin şəxsiyyəti müəyyən ediləcək və mövcud qanunvericilik çərçivəsində ona qarşı tədbirlər görüləcək. Bundan əlavə, "Heyvanlara qarşı amansızlığa son verin" yazısı ilə xüsusi bukletlər hazırlanacaq.

Həmin şəxsi hansı cəza gözləyir?

Hüquqşünaslardan aldığımız məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlara qarşı amansızlığa görə cəza kimi 500 manat cərimə nəzərdə tutulur.












Paylaş:


Müəllif : Tarix:
24-04-2021, 12:34
Sikayət   


loading...
Загрузка...