Teymur Musayev nələri dəyişəcək? - Azərbaycan səhiyyəsinin qarşısında duran məsələlər
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Teymur Musayev Səhiyyə nazirinin birinci müavini təyin edildi və müvəqqəti nazir vəzifəsini icra etmək də ona tapşırıldı.
Maraqlıdır, bundan sonra tibb sahəsində hansı yenilik və dəyişikliklər olacaq?
Bu barədə Sfera.az-a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, rəhbər vəzifəyə gətirilən fərdlərin hər hansı bir sahədə inkişafın əldə edilməsində rolu böyük olur:
"Amma səhiyyə sistemində islahatlar sona çatmadan, onu Qərb standartlarına uyğunlaşdırmadan bu sahədə yüksək uğur əldə edə bilməyəcəyik. Səhiyyəni elə bir duruma gətirməliyik ki, regionlarla mərkəz arasında səviyyə fərqi minimum olsun, kiçik əməliyyatdan ötrü insanlar bölgələrdən Bakıya üz tutmasın. Səhiyyə bir sistemə çevrilməli, orada olan bütün proseslər ictimaiyyətə açıq və şəffaf olmalıdır. Bunlar hamısı səhiyyənin qarşısında duran və hələlik həllini tapmayan məsələlərdir. Hər halda yeni təyinat var. Baxaq görək necə olacaq”.
"Bu təyinatla tibb sahəsinə yeni yanaşma tərzi gələcək”.
Bunu isə Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib:
"Səhiyyə nazirliyində aparılan dəyişiklik Cənab Prezidentin islahatlar siyasətinin tərkib hissəsidir.
Səhiyyə sahəsində islahatların daha uğurlu aparılması, icbari tibbi sığortanın daha uğurlu tətbiqi, kadr hazırlığının yüksək səviyyədə olması, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşması, Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi tibbi standartlar paketinin hazırlanıb tətbiqi və s. məsələlər sözügedən sektorda qarşıda duran vacib məsələlərdəndir. Nazir vəzifəsini icra edəcək şəxsin kifayət qədər təcrübəsi və beynəlxalq tibbi aləmdə əlaqələri var”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-04-2021, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-04-2021, 13:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti