reklam
Regionxeberlericom.az » Sosial » Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...

reklam

Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...



Gülnar Yusifova “Gözətçi”yə bildirib ki, iki övladı Fərid Yusifli və Asif Yusifli “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu” və “Nitq inkişafın spesifik pozuntusu” və epilepsiya xəstəliyindən əziyyət çəkirlər.

Ananın sözlərinə görə, uşaqlardan birinin 10, digərinin 14 yaşı olsa da, onların hər ikisi 2-3 yaşlı uşaq kimi hərəkət edirlər.

“2014-cü ildən uşaqlara pensiya alırdıq. Amma 2020-ci ilin iyul ayından pensiya tam kəsilib. Pensiyanın yenidən təyin olunması üçün Psixi Sağlamlıq Mərkəzindən kağız aldıq. Mərkəzdə uşaqları müayinə etdilər və bizə xəstəliklə bağlı sənəd təqdim etdilər”.

G. Yusifova deyir ki, mərkəzdən alınan sənədlər Tibbi-Sosisal Ekspertiza Komissiyasına (TSEK) vurulub, ancaq imtina cavabı gəlib. Səbəb kimi də göstərilib ki, 2014-cü ildə təqdim edilən sənədlərdə epilepsiya tutmaları göstərilib, ancaq bu sənədlərdə yox:

“Təkrar Psixi Sağlamlıq Mərkəzinə müraciət etdik. Ordan bildirdilər ki, epilepsiya xəstəliyi bizə aid deyil, biz o sənədi təqdim edə bilmərik. Bu dəfə də TSEK bizi Nevroloji Xəstəxanaya yönlərdirdi. Müayinədən sonra göstərildi ki, həqiqətən də uşaqlarda gündə 3-4 dəfə epilepsiya tutmaları olur”.

Nevroloji Xəstəxanadan əldə edilən sənədlər yenidən TSEK-yə vurulub. Ancaq bu dəfə də imtina cavabı gəlib ki, uşaqların on gün stasionar müalicəyə ehtiyacları var.

Şikayətçi bildirir ki, bundan sonra o uşaqlarla birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasında olub. Komissiyada həkimlər uşaqları müayinə edib və bildirdilər ki, on günlük stasionar müalicəyə ehtiyac var:

“Komissiyadan Uşaq Nevroloji Xəstəxanası ilə əlaqə saxladılar ki, bu uşaqlar on gün orada stasionar yatsın. Xəstəxananın uşaq həkimi isə bildirdi ki, “bizim üçün problem deyil, uşaqlar gəlib burada yatsın. Amma bizim uşaqlara baxacaq nə adamımız, nə də şəraitimiz yoxdur”. Ancaq bu uşaqlar özlərini idarə edə bilmirlər. Neçə adam lazımdır ki, o uşaqlara diqqət ayırsın. On dəqiqəlik müayinə zamanı uşaqları orada saxlamaq çətin idi”.

Bundan sonra komissiyadan ailəyə bildiriblər ki, 2021-ci ilin rəyi TSEK-ə təkrar vurulsun. Gülnar Yusifova yenidən uşaqları ilə Ağdam rayonun Quzanlı qəsəbəsində Əsəb-Ruhi Dispanserində olub. Mart ayının 13-də sənədləri götürüb, təkrar TSEK-ə vurublar. Hazırda, ailəcə bir uşağın “sənədlər araşırılır”, digərinə isə “sənədlər natamam doldurulub” cavabı gəlib.


Paylaş:


Müəllif : Tarix:
27-04-2021, 10:44
Sikayət   


loading...
Загрузка...