SAATLIDA NƏLƏR BAŞ VERİR? - Başçının müavini qaş düzəltdiyi yerdə...
Bu gün bir qrup Saatlı rayon sakini İcra Hakimiyyətinin qarşısına toplaşaraq aksiya keçirib.
Sakinlər bəzi kəndlərdə 3 aya yaxındır suyun olmaması, pay torpaqlarının mənimsənilməsi, əlillik təyinatlarının ləğv edilməsi və digər məsələlərlə bağlı şikayət ediblər. Şikayətçilər sözügedən problemlərə görə icra başçısı və onun müavininin heç kimi qəbul etmədiyini deyir.
"Qafqazinfo" olaraq məsələylə bağlı İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədliylə əlaqə saxladıq. O, sorğumuza cavab olaraq bildirib ki, icra başçısı etiraz edən bir qrup sakinlə bu gün görüşüb: "Biz aidiyyəti üzrə səlahiyyətimizə daxil olan məsələləri özümüz həll edəcəyik. Bizə aid olmayan məsələlərlə bağlı isə aidiyyatı üzrə müraciət edəcəyik. İcra hakimiyyətində hər həftənin 3-cü günü vətəndaşların rəsmi qəbulu keçirilir. Sadəcə pandemiyaya görə vətəndaşların qəbuluna məhdudiyyətlər qoyulub. Ona görə də əsasən qəbullar onlayn formada təşkil olunur.
Bu gün etiraz edən sakinlər sadəcə ajiotaj yaratmaq istəyirlər. Onlara bildirdik ki, gəlin qəbula keçin, başçı sizi qəbul edəcək. Ancaq onlar narahatlıq yaratmaq istəyirlər. Bununla yanaşı onların hər biri fərdi qaydada qəbul edildi və razı halda qəbuldan getdilər.
Bizə müxtəlif müraciətlər edirlər. Su məsələsiylə bağlı deyə bilərəm ki, rayona su daxil olduqda daşıyıcı kanallar vasitəsilə kəndlərə daşınır. Hazırda susuzluqla bağlı problem yoxdur. Pensiya, işsizliklə bağlı müraciətlərini çatdırdılar. Eləsi var ki, uzun illər əvvəl dövlətin ona verdiyi pay torpağını satıb. İndi isə deyir ki, mənim pay torpağım qaytarılsın. Torpaq xüsusi mülkiyyətdir, ona biz nə edə bilərik ki? Əgər alqı-satqıda problem yaranıbsa məhkəməyə müraciət etmək lazımdır".
Qeyd edək ki, Saatlı rayonunun icra başçısı Elmir Bağırovdur.
Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədlinin açıqlamasından da görünür ki, cənab Səmədli baş verən olayı konteksindən çıxarmağa, məsələni mahiyyətindən kənarlaşdırmağa çalışır. Görünür, "yuxariya" verdikləri hesabatlarında da eyni cür davranılblar.
Amma videodan da aydın olur ki, sakinlər təkcə suyun verilməsindən narazı deyillər və sakinlər heç də ajiotaj yaratmağı da qəsd etməyiblər.
Onlardan biri hətta keçmiş icra başçısını ittiham edərək köhnə problemlərin qalmağında məhz sabiq rəhbəri günahkar bilir. Deməli, Vəziyyət tamam fərlqidir. Və yeni rəhbər heyət də nələrisə dəyişmək fikrində deyil. Əgər olsaydı, belə bir izahat ortaya çıxmazdı...
Paylaş:
Müəllif : Yazar
Tarix:28-04-2021, 16:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-04-2021, 16:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti