"Ədalətin bərqərar olması Azərbaycan dövləti 3 min şəhid verəndən sonramı yada düşdü?" - ETİRAZ
Azərbaycanın Vətən müharibəsində qələbəsinin simvollarından biri olan Hərbi Qənimətlər Parkı, orada işğalçı Ermənistan ordusunun məhv edilən hərbi texnikalarının, işğalçı erməni hərbçilərinin əşyalarının yerləşdirilməsi Avropa və Qərbdəki bir sıra ermənipərəst dairələrin yuxusuna haram qatıb. İndi də Azərbaycana qarşı bu məsələdən sui-istifadə cəhdləri müşahidə olunur. Belə hiyləgər bir iddia ortaya qoyurlar ki, Hərbi Qənimətlər Parkı Azərbaycanla Ermənistan arasında sülhə mane olur. Qərb indi də bu “arqumentlə” Azərbaycana təsir etməyə çalışır. Və buradakı agentura şəbəkəsini bu ideyanın üstünə salıb. Hətta Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dünya Miyatoviç Azərbaycanın Hərbi Qənimətlər Parkından narahatlığını dilə gətirib və deyib ki, bu məsələ sülhə zərər vurur.
Bəs o zaman bizim də verəcəyimiz suallar meydana gəlir. Niyə Avropa ölkələri eyni muzeylər yaradıblar? İllərdir torpağımızı işğalda saxlayanda ermənilər sülhə zərər vurmurdular?
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Hərbi Qənimətlər Parkı Azərbaycanın daxili işidir, kənardan kimsənin buna irad bildirməsi, qarışması yolverilməzdir: “Ümumiyyətlə, Azərbaycan artıq Qarabağ məsələsini tamamilə öz daxili məsələsi elan eləməlidir. Burada beynəlxalq təşkilatların və hansısa digər dövlətlərin müdaxiləsi minimuma endirilməlidir. Bu məsələdə tərəflər Azərbaycan və Ermənistandır. Uzağı Rusiya və Türkiyə də proseslərdə hansısa formada iştirak edə bilərlər. Heç bir kənar dövlətin, beynəlxalq təşkilatın işi deyil ki, biz Hərbi Qənimətlər Parkını nə üçün yaratmışıq.
Bu məsələ bizim öz daxili işimizdir. O park bizim şəhidlərimizin qanı hesabına qazanılan qələbənin simvoludur. Kimsə bizə bu barədə ağıl verə bilməz. Bütün Avropa ölkələrində faşizm əleyhinə muzeylər var. Həmin muzeylər, oradakı eksponatlar Almaniya ilə Fransanın, Almaniya ilə Belçikanın, Almaniya ilə Hollandiyanın sülh içində yaşamağına mane olur? Olmur. Yəni Hərbi Qənimətlər Parkı və orada faşist ermənilərin sıradan çıxarılmış hərbi texnikalarının nümayişinin Ermənistanla sülhə mane olduğu barədə iddialar absurd, cəfəng iddialardır. Azərbaycan ona qarşı olan aqressiyanı, işğalı öz gücünə aradan qaldırıb və ordusunun qələbəsini simvolizə eləyən muzey-park açıb. Əgər kimsə bunu sülhə mane olan amil kimi görürsə, bu, onun problemidir”.
T.Abbbaslı qeyd etdi ki, bizə irad tutanlar özləri 30 ilə yaxın işğal dövründə işğala son qoyulması üçün Ermənistana hansısa təzyiqlər etməyiblər: “Onlar Ermənistanın işğalçılığının bölgədə sülhə zərbə vurduğunu bəyan ediblərmi?! Bütün bunları etməyənlərin xüsusilə heç bir haqqı yoxdur indi Azərbaycanın qələbəsinin simvollarından biri olan Hərbi Qənimətlər Parkının sülhə zərər vurduğu cəfəngiyyatını dilə gətirməyə. Azərbaycan sözügedən parkla bağlı kənardan irəli sürülən cəfəng iddialara fikir verməməlidir, bütün ərazisində öz suverenliyini təmin eləmək işində qətiyyətli, davamlı olmalıdır. Digər tərəfdən, Avropadan kimlərsə Azərbaycanın Hərbi Qənimətlər Parkının ləğvini istəyir, onda ilk növbədə bütün Avropa ölkələrindəki İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə aid bütün muzeyləri yığışdırsınlar”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirdi ki, dünyada sözün həqiqi mənasında ikili standartlar hökm sürür. Qərbdən gələn “Hərbi Qənimətlər Parkı sülhə zərbə vurur” bəyanatları, Baydenin qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər, istərsə də Araik Arutyunyanın Moskva səfəri göstərdi ki, Azərbaycan bu dövlətlərin həmsədir olduğu ATƏT-in Minsk Qrupuna boşuna zaman xərcləyib: “Belə ikili standartların hökm sürdüyü dövlətlərin iştirakı ilə nə torpaq qaytarmaq olar, nə də ədalət bərpa etmək. Hərbi Qənimətlər Parkı ilə bağlı sərsəm açıqlamaların əlbəttə ki, heç bir hüquqi, siyasi, həmçinin mənəvi dayağı yoxdur. Bu tip parklar Avropa dövlətlərindən tutmuş Rusiyaya qədər hər yerdə mövcuddur. Digər tərəfdən də sülhün bərpası, ədalətin bərqərar olması Azərbaycan dövləti 3 min şəhid verəndən sonramı yada düşdü? Olmazdımı ki, bu bəyanatı səsləndirənlər sülhün və ədalətin bərpa edilməsi üçün səslərini zamanında çıxarardılar, işğalçıya yerini göstərərdilər...
Hesab edirəm ki, bütün bunları nəzərə alaraq bu kimi bəyanatları Azərbaycan sözün həqiqi mənasında ciddiyə almamalı, önünə qoyduğu qətiyyətli və prinsipial yolu ilə getməyə davam etməlidir. Bu tip sərsəm, həqiqətdən uzaq bəyanatlara, çıxışlara əhəmiyyət verdik, nəticədə 30 il torpaqlarımız işğalda qaldı".
YAP deputatı Siyavuş Novruzov isə bildirib ki, Avropa Şurasının Komissarının paytaxt Bakıda Hərbi Qənimətlər Parkının açılışını “təəssüflə qarşılaması” absurddur. Ümumiyyətlə, Ermənistanın Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlamasına, bu terrorçu dövlətin dəhşətli müharibə cinayətlərinə göz yumanların ermənilərin acınacaqlı məğlubiyyətinin göstəricisi olan parkın yaradılmasını hüznlə, təəssüflə qarşılamaları riyakarlıqdır: “Bu, həm də işğalçılığa, təcavüzkar siyasətə, separatizmə dəstək ifadə etməkdir. Ayrıca, dünyanın bir sıra ölkələrində qələbə simvolu olan hərbi muzeylər və qənimətlər parkı mövcuddur. Məgər Dünya Miyatoviçin dünyadan xəbəri yoxdur? O, dünya təcrübəsi ilə tanış deyil?! Azərbaycanın qələbəsinin, tarixi ədaləti bərpa etməsinin simvolu olan Hərbi Qənimətlər Parkının yaradılmasından əsassız narahatlıq keçirən Avropa Şurasının Komissarı faşist Qaregin Njdeyə Ermənistanda Serj Sərkisyanın hakimiyyəti dövründə abidə ucadılmasına, terrorçu və cinayətkarın ”qəhrəmanlaşdırılması"na nə üçün hər hansı bir reaksiya verməyib?!
Görünən odur ki, Avropa Şurasının Komissarı 26 Bakı komissarı ilə eyni düşüncələri bölüşür. Şübhəsiz ki, onun qərəzli, ikili standartlara əsaslanan mövqeyi qəbuledilməzdir. Bu yanaşma Azərbaycan cəmiyyəti, o cümlədən haqq-ədalət tərəfdarları tərəfindən ikrah hissi ilə qarşılanır".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2021, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-04-2021, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29