Şəhid Xudayarı təhqir edən şəxsi döyənləri hansı cəza gözləyir? – Vəkil açıqladı

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında nalayiq ifadələr işlədən şəxs döyülüb.
Bununla bağlı vəkil Elvin Məhərrəmov Sfera.az-a açıqlamasında qeyd edib ki, həmin şəxslərin əməlləri birbaşa olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin, yəni xuliqanlıq cinayətinin tərkibini yaradır:
"Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir”.
Vəkilin sözlərinə görə, həmin şəxslərin əməlləri Azərbaycan Respublikasının Cinayet Məcəlləsinin 221.2.1ci maddəsi ilə tövsif olunmalıdır:
"221.2.1-ci maddəyə əsasən, xuliqanlıq bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Qeyd edək ki, Fuad Rəsulzadə adlı gənc bir müddət öncə "tvitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlər sosial şəbəkədə kəskin etirazla qarşılanmışdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2021, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-04-2021, 11:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…