reklam
Regionxeberlericom.az » Sosial » Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM

reklam

Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM



Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bir neçə aydır ki, ən ağır ittihamlarla həbsxana həyatı yaşayır. Minlərlə saxta əlillik, müavinət, saxta taqaüdçü sənədlərində və daha nələrdə ittiham olunan Səlim Müslümovun aqibəti bəllidir.
Mediada yayılan məlumatlara görə, Səlim Müslümov 2 milyard civarında dövlətə ziyan vurub.
Təsəvvür edirsiniz, söhbət yüz minlərdən, milyonlardan getmir e, milyardlardan gedir.
İnsaf naminə qeyd edək ki, Səlim Müslümov hətta dinozavr olsaydı belə o boyda 2 milyardı “yeyə” bilməzdi.
Bəli, bu nazirlikdə əməlli-başlı korrupsiya sistemi, rüşvət şəbəkəsi olub.
Bəs onda niyə təkcə Səlim Müslümovun həbsi ilə məsələ yekunlaşmalıdır.
Axı, söhbət cinayətkar şəbəkədən gedir.
Nə üçün Cavanşir İsgəndərovu çağırıb soruşmurlar ki, sən Səlim Müslümova 200 mini niyə verdin ?
Söhbət Əmək və Əhalinin Sosial müdafiə Nazirliyinin Xətai rayon şöbəsinin müdiri Cavanşir İsgəndərovdan gedir.
Cavanşir İsgəndərovdan soruşan yoxdur ki, 2014-cü ildə sən hansı dəhşətli böyük cinayəti törətmişdin ki, nazir Səlim Müslümova 200 min manat rüşvət verdin.
Cavanşir İsgəndərovdan soruşan yoxdur ki, qohumun Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovla hansı cinayəti törətmişdiniz ?
Bütün əməllərin sonunda səni Səlim Müslümov niyə otaqdan qovdu ?
Yığdığın pulların hesabına indi Sabirabadda taxıl sahələrin, feremer təsərrüfatın, broyler fabrikin və daha nələrin var. Qohumun Bayram Mikayılovla şərikli biznesiniz var.
Axı, hər ikiniz bu pulları nazirlikdə çalışarkən xalqdan və dövlətdən oğurlamısınız.
Bu gün Səlim Müslümov layiq olduğu cəzanı çəkir.
Bəs Cavanşir İsgəndərov niyə kənarda qalıb ?
Bizə elə gəlir ki, istintaq orqanları hər iki qohumun əməlləri ilə bağlı araşdırma aparmalıdır.
Səlim Müslümov sizi gözləyir, Cavanşir İsgəndərov və Bayram Mikayılov. //gundelik-baku.com//



Paylaş:


Müəllif : Tarix:
30-04-2021, 09:20
Sikayət   


loading...
Загрузка...