reklam
Regionxeberlericom.az » Sosial » Turist avtobuslarının işlədiyi yolu indi ancaq traktor gedir - GİLEY

reklam

Turist avtobuslarının işlədiyi yolu indi ancaq traktor gedir - GİLEY



Oğuz - Yevlax magistral yolunun Oğuzun Yaqublu kəndindən keçən hissəsi yararsız vəziyyətə düşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, yolun 5 kilometrə yaxın hissəsində nəqliyyat vasitələrinin hərəkətində xeyli çətinlik yaranır.

Oğuz rayonunun cənub çıxışı sayılan bu magistral “İpək Yolu”ndan Oğuz-Qəbələ istiqamətinə gedən ən əlverişli yoldur. Sürücü Ramil Hüseynovun sözlərinə görə, 10-15 il əvvəl bu yoldan iri avtobuslar da istifadə edib. Amma indi bərbad vəziyyətdədir:

“Respublika əhəmiyyətli yoldur. Mən bu yolu “Niva” ilə güclə gedirəm, xarici avtomobillər necə hərəkət etsin? Əvvəllər buradan “İkarus” avtobuslar işləyirdi, indi ancaq traktorla gedə bilərsən”.
Yaqublu kənd sakini İlham Manafov da deyir ki, bu yol onların bir neçə şəhər və rayona çıxışlarını təmin edir: “Bu, adi kəndarası yol deyil, magistraldır. Bu yolla biz Bakıya, Bərdəyə, Mingəçevirə, Gəncəyə gedirik. İşlək yoldur. Bu yolla turist avtobusları da işləyib. Onlar üçün də əlverişli mövqedədir”.

Oğuz rayon sakini Musa Kazımov da yolun bərbad vəziyyətdə olmasından gileylənir. O bildirir ki, qış mövsümündə bu magistralda hərəkət daha da çətinləşir:

"Adi hallarda yanğınsöndürən maşın və təcili tibbi yardım bu yola görə gəlmək istəmir. Gələndə də çox gecikir. Onda da yanğını söndürə bilmirlər, ya da xəstənin imdadına yetə bilmirlər. Özüm də hər ay avtomobilimin “peredok”unu yığdırıram. Yağışlı havada yolda gölməçələr yaranır və hər tərəf palçıq olur".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, sözügedən yolun Şəki rayonundan keçən hissəsində yenidənqurma işləri başa çatdırılıb. Yaqublu kəndinə düşən hissə də daxil olmaqla Oğuz rayonuna düşən hissəsinin qurulması məqsədi ilə layihə hazırlanıb və maliyyə ayrılması üçün hökumətə təqdim edilib. Yaxın vaxtlarda maliyyə vəsaitinin ayrılacağı gözlənir. Vəsait ayrılan kimi yol yenidən qurulacaq.



Paylaş:


Müəllif : Tarix:
30-04-2021, 13:07
Sikayət   


loading...
Загрузка...