“Mall”arın açılması nə zaman mümkün ola bilər? - AÇIQLAMA
Bu gündən Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilib, ölkəmizdə yeni növ peyvəndin tətbiqinə başlanılır.
Belə ki, bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət”AstraZeneca”) də istifadə edə biləcəklər. "Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.
Bundan əlavə mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksinlərinin 40 min dozadan ibarət ilk partiyası gətirilib. Bütün bunlar ölkəmizdə koronavirusa qarşı effektli mübarizəni gücləndirməyə və karantin rejiminin daha tez yumşalmasına ümidləri artırır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova ölkəmizə yeni növ vaksinlərin gətirilməsinin və bu gündən etibarən tətbiqinə başlanmasının çox sevindirici hal olduğunu qeyd edib.
O bildirib ki, bütün bunlar ilk növbədə Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına göstərdiyi böyük diqqətin bariz nümunəsidir:
“Bilirsiniz ki, bu gün dünyada peyvəndlərin bölüşdürülməsi ilə bağlı ədalətsizliklər və ikilistandartlar mövcuddur və bir çox ölkələr ya hələ də peyvəndi əldə edə bilməyib, ya da məhdud sayda əldə edib. Lakin Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz vaxtında və kifayət qədər peyvənd əldə etməyi bacarıb. Artıq insanlar üçün peyvənd seçimi etmək imkanı da yaranıb, vətəndaşlarımız istədiyi peyvəndi seçib vurdura bilər. Bu əlbəttə ki, çox sevindirici haldır və virusa qarşı daha effektiv mübarizə aparmaqla bu bəladan daha tez azad olmağımıza və normal həyata qayıtmağımıza imkanları artırır.
Dövlət vaksinlərlə bağlı lazımi tədbirləri görüb, ölkəmizə yetərincə vaksinin gətirilməsini təmin edib. Lakin koronavirusa qarşı mübarizənin daha effektli olması üçün vətəndaşlarımız da öz üzərinə düşən vəzifəni yerin yetirməli və vaksinasiya prosesində aktiv iştirak etməlidir.
Vaksinasiya yeni başlayanda onun mənfi təsirləri haqqında bəzi şayələr gəzirdi, lakin zaman keçdikcə, insanlar peyvənd olunduqca bu şayələrin əsassız olduğu məlum oldu. Bu gün eyni zamanda dünyada əhalisinin böyük hissəsi peyvənd olunaraq normal həyata dönən ölkələr də var və buna misal olaraq İsraili göstərmək olar. Bəs bizim qarşımızı kəsən nədir? Ölkəmizə yetərincə vaksin gətirilib, insanlar üçün hətta vaksin seçim etmək imkanı da yaradılıb.
Bu gün biz toyların keçirilməsinə icazə verilməsini, “Mall”arın açılmasını istəyirik, karantin rejiminin yumşaldılmasını istəyirik, amma bunun üçün vacib olan vaksinasiya prosesində fəallıq göstərmirik. Düşünürəm ki, insanlarımız bu barədə düşünməlidir və hazırda virusdan qurtulmağın yeganə yolunun peyvənd olduğunu bilməlidir. İnsanlarımız nə qədər aktiv şəkildə vaksinasiya prosesində iştirak etsələr, bir o qədər tez zamanda kütləvi immunitet yaranar və karantin rejimi yumşaldılar, toyların keçirilməsinə, “Mall”arın açılmasına icazə verilə bilər. Yəni hər şey artıq insanların öz əlindədir, əgər normal həyata qayıtmaq istəyiriksə, vaksinasiyada aktiv iştirak etməliyik, qoyulan qaydalara riayət etməliyik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-05-2021, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-05-2021, 11:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti