reklam
Regionxeberlericom.az » Sosial » Bakı Sağlamlıq Mərkəzi 19 milyon 683 min manatı necə “əridib”... - Tikintidə “sökülən“ büdcə

reklam

Bakı Sağlamlıq Mərkəzi 19 milyon 683 min manatı necə “əridib”... - Tikintidə “sökülən“ büdcə



“Prezident İlham Əliyev 2014-cü il yanvarın 7-də Bakı Sağlamlıq Mərkəzinin açılışını etdi. Büdcədən ayrılan vəsait hesabına Mərkəzin inşasına 2010-ci ildə başlanıb. İşlər yarımçıq qalmasın deyə, 2011-ci il iyulun 9-da Prezidentin ehtiyat fondundan əlavə olaraq 5 mln. manat ayrıldı. Prezident sonra 18 oktyabr 2017-ci ildə növbəti fərmanla Bakı Sağlamlıq Mərkəzinin nəznində Publik Hüquqi Şəxs yaratdı ki, öz xərcini ödəyə bilsin, qazancla çalışmağa başlasın, büdcəyə yük olmaqdan qurtulsun. Lakin mərkəz hər il zərər edib”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert mərkəzin 4 il ərzindəki fəaliyyətini diqqətə çatdırıb:

“Bakı Sağlamlıq Mərkəzi 2020-ci ili 6 milyon 724 min manat xalis zərər ilə başa vurub. Bildirim ki, mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlayıb,beləliklə, ötən il mərkəzin zərəri artıb. Publik şəxs etdilər ki, mərkəz gəlirlə işləsin, amma hər ili xalis zərərlə başa vurub. Bu bir kənara, 2017-ci ildə Publik Hüquqi Şəxsə çevriləndə qurumun nizamnamə kapitalı 75 mln. 714 min manat idi, 2020-ci ilin sonuna isə nizamnamə kapitalı azalaraq 56 mln. 30 min manat təşkil edib, yəni bu illər ərzində nizamnamə kapitalı 19 mln. 683 min manat “əriyib”.

Natiq Cəfərli qeyd edib ki, ölkədə dövlət-məmur “kapitalizmi” mövcuddur:

“Bütün layihələr gələcəkdə gəlirlə işləməyə deyil də, təmir-tikinti zamanı büdcəni “sökməyə”, avadanlıq alarkən büdcəni “sağmağa”, işlədərkən isə xərcləri şişirdərək “ziyanla” işlədiyini göstərib həm pul mənimsəməyə, həm də vergidən yayınmağa hesablanıb. Digər sahələrlə yanaşı səhiyyə kimi strateji, sosial məsələdə də eyni yanaşmanın olması hakimiyyət üçün utancvericidır. Dövlət-hökumət iqtisadiyyatda ən pis menecerdir, dünyada da belədir, sadəcə bizdə o qədər eybəcər məmur-korrupsiya sistemidir ki, bütün yaxşı ideyaları da batırırlar. Dövlət iqtisadiyyatda birbaşa oyunçu olmamalı, ən yaxşı halda “startup” rolunu oynamalıdır”.


Paylaş:


Müəllif : Tarix:
4-05-2021, 16:24
Sikayət   


loading...
Загрузка...