reklam
Regionxeberlericom.az » Sosial » Tərtərdə tikinti şirkətində işləyən usta maaşını ala bilmir - VİDEO

reklam

Tərtərdə tikinti şirkətində işləyən usta maaşını ala bilmir - VİDEO

Tərtər rayonunda Vətən müharibəsi zamanı dağılmış evlərin bərpası ilə məşğul olan AZQRAFT tikinti şirkətinin rəhbərliyi ustanın maaşını vermir.

Baku TV-yə müraciət edən şikayətçi Emin Kərimov gördüyü işin qarşılığında zəhmət haqqını almadığını iddia edir.

Şikayətçinin sözlərinə görə, razılaşma əsasında hörgü işləri görüb. Usta sifariş olunan tikintinin bir hissəsini başa çatdırıb. İşlədiyi müddətdə tikinti şirkətindən cəmi 940 manat pul alıb.

Emin Kərimov bildirib ki, ona 3800 manat ödənilməlidir. Amma deyilən məbləğ verilmir. Buna isə heç bir səbəb göstərilmir. Vətəndaş problemin həlli üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür.

AZQRAFT tikinti şirkətindən bildirilib ki, Emin Kərimovun pulunun qalan hissəsi yaxın günlərdə ödəniləcək.




Paylaş:


Müəllif : Tarix:
4-05-2021, 17:21
Sikayət   


loading...
Загрузка...