Şəhid ailələri və Qarabağ əlillərinə verilən mənzillər niyə “kupça”sızdır?.. - PROBLEM
Bu il yanvarın 25-də yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanan Vətən müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncamın ikinci bəndində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibə zamanı əlilliyi olan şəxslərin mənzil təminatının həyata keçirilməsi tapşırılıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinə bir neçə yaşayış kompleksindən 3000 mənzil verilməsi gözlənilir və eyni zamanda fərdi evlərin tikintisinə başlanılıb.
Artıq Vətən müharibəsində şəhid olan bəzi hərbçilərin ailələrinin, o cümlədən qazilərin mənzil təminatı həyata keçirilib. Lakin həmin mənzillərə görə, “kupça”ların verilməməsi vətəndaşların narazılığını səbəb olub.
Bu barədə Modern.az-a danışan "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid komandir Raquf Orucovun xanımı Sevinc Orucova mənzillərin “çıxarış”larının ailələrə verilmədiyini təsdiqləyib:
“Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü kimi məlumat almışam ki, Vətən müharibəsi şəhidlərinin ailələrinə verilən mənzillər dövlət reyestrindən “çıxarış”la təmin edilməyib. Hətta qeyd edilir ki, gələcəkdə də şəhid ailələrinə veriləcək mənzillər üçün “kupça” verilməsi nəzərdə tutulmur. Bunu düzgün saymırıq. Həmin mənzillər şərəfli ailələrə mülkiyyət kimi təqdim olunmalıdır. Bu həm dövlətimizə başucalığı gətirər, həm yaraları yeni olan şəhid ailələrinin sosial qayğı ilə əhatə olunmasına köməkdir. Mən təklif etmişəm ki, şəhid ailəsinə hazır mülkiyyət hüququnu təsdiq edən sənəd verilməlidir. Mən də şəhid ailəsi kimi bu addımı şəhid ailələrinə və qazilərə edilən sayğısızlıq hesab edirəm. Mənzillər həmin ailələrə şəxsi ev kimi, hədiyyə kimi təqdim olunmalıdır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə şəhid ailələrinə təqdim edilən mənzillərin “çıxarış”larının olmamasını qanunun dəyişdirilməsi ilə izah edib. Deputat xatırladıb ki, 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində şəhid ailələrinə və qazilərə mənzillərin verilməsi barədə təcrübə var:
“Mənzil alan ailələrə “kupça”lar verildi, evlər özəlləşdirildi. Amma bir çox şəhid ailələri, Qarabağ qaziləri həmin evləri satdılar, yenidən evsiz qalanda dövlətə müraciət etdilər. Ona görə, bu məsələyə gələcəkdə baxmaq mümkündür. Lakin həmin ailələr onsuz da mənzildə daimi yaşayırlar, “kupça” onların nəyinə lazımdır? Dövlətin verdiyi mənzillər satıldıqda bəzən ailə üzvləri arasında da mübahisə düşür”.
“Mənzillər şəhid ailələrinə, qazilərə verilirsə və həmin şəxslər bunu satırsa, rəsmi qeydiyyat ola-ola yenidən necə tələb edə bilərlər” sualına gəldikdə isə Musa Quliyev düzgün olmasa belə, şəhid ailələrinin dövlətdən yenidən mənzil tələb etdiyini söyləyib:
“Onlar da bilirlər ki, dövlət bir dəfə bu mənzili bağışlayıb. Amma şəhid ailəsi mənzili satıbsa, harada yaşamalıdır?
Xüsusi təyinatlı mənzil fonduna aid olan mənzillərin özəlləşdirilməsinə icazə verilmir. Həmin evlərin “kupça”sı var, amma mənzilin sahibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sayılır. 2009-cu ilə qədər belə təcrübə olub, hədiyyə edilən mənzillər özəlləşdirilib, sonradan ailələr bu mənzilləri satıblar. Beləliklə, yenidən problem yaranmaması üçün Mənzil Məcəlləsinə dəyişiklik edilib. Amma mənzildə yaşayan ailələr istədikləri adamı mənzilə qeydiyyata ala, yaşaya bilərlər. Bu məntiq doğrudur. Dövlət mənzili şəhid ailəsinə verib, başqasına verməyib”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericilikdə sosial və xüsusi təyinatlı yaşayış sahələrinin özəlləşdirilməsi nəzərdə tutulmayıb:
“Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun bu Məcəllə qüvvəyə mindikdən sonrakı dövrdə vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-05-2021, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-05-2021, 11:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07