Daha bir NAZİRLİK LƏĞV OLUNA BİLƏR... - İDDİA
Xəbər verdiyimiz kimi, gənclər və idman naziri Azad Rəhimov uzun çəkən xəstəlikdən sonra mayın 1-də dünyasını dəyişib. Qeyd edək ki, onun vəfatından sonra yeni nazirin kim olacağı ilə bağlı müzakirələr başlayıb.
Bu barədə Hurriyyet.az-ı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, hazırda Azad Rəhimovun yerinə iddialı bir neçə şəxs var. Nazir müavinləri Fərhad Məcid oğlu Hacıyev, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılovun iddialı şəxslər sırasında qərarlaşdığını vurğulayan mənbə bildirib ki, artıq bununla bağlı hakimiyyətin üst eşalonunda ciddi araşdırmalara start verilib: “Bu gün Azad Rəhimovun xələfi olmaq uğrunda gərgin mübarizə başalayıb. Belə ki, gənclər və idman naziri vəzifəsinə təyinat almaq üçün hər üç nazir müavini – Fərhad Hacıyev, İntiqam Babayev və İsmayıl İsmayılov aktiv fəaliyyətdədir. Lakin onların arasında Fərhad Hacıyevin şansı daha yüksək qiymətləndirilir”.
Fərhad Hacıyevin 1980-ci ildə Sumqayıt şəhərində anadan olduğunu deyən mənbə qeyd edib ki, o, Azərbaycan Universitetinin beynəlxalq münasibətlər ixtisasının bakalavr, daha sonra magistr pilləsini, o cümlədən Azərbaycan İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini bitirib: “Həmçinin, o, 2008-ci ildə Harvard Universitetində hökümətdə çalışan yüksək rütbəli məmurlar üçün kursu bitirib. Fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnən Fərhad Hacıyev 2000-2001-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının şöbə müdiri, məclis sədri, baş katibi vəzifələrində çalışıb. 2002-2011-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində bölmə müdiri vəzifəsində, 2011-2018- ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsində işləyib. 2018-ci ildə isə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib. Gördüyünüz kimi, Fərhad Hacıyevin digər nazir müavinlərinə nisbətən gənc olması, karyerası boyunca gənclər təşkilatlarında çalışması, eyni zamanda Harvard Universitetində təhsil alması onun mərhum Azad Rəhimovun yerinə təyinat alacağını deməyə əsas verir”.
Mənbənin iddiasına görə, yaxın vaxtlarda Gənclər və İdman Nazirliyi ləğv ediləcək: “Əslində, bu məsələ uzun müddətdir ki, gündəmdə idi, lakin Azad Rəhimovun xəstəliyi bu barədə qərarın verilməsini yubadırdı. Odur ki, qısa müddət ərzində ölkə başçısının Gənclər və İdman Nazirliyinin ləğv edilərək, əvəzində eyni adda komitənin yaradılması ilə bağlı fərmanı ola bilər. Fərhad Hacıyev isə yeni yaradılacaq komitəyə rəhbərlik edəcək”.
Bu arada, Milli Məclisin deputatı, Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevin də gənclər və idman naziri postuna iddialı olduğunu deyən mənbənin sözlərinə görə, o, bu vəfizəyə təyinat almaq üçün yollar arayır, məsələnin onun xeyrinə həll olunmasından ötrü ölkə başçısına çıxış axtarır.
“Hürriyyət”
Paylaş:
Müəllif : Yazar
Tarix:6-05-2021, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-05-2021, 12:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29