Türkiyəli şəhid atası Qarabağ müharibəsinə görə Azərbaycana gələn arvadını geri qaytara bilmədi
Türkiyənin Düzce vilayətinin Bahçeşehir rayonunda yaşayan 67 yaşlı şəhid atası Rahmi Yıldız bir neçə ay əvvəl Azərbaycana gələn və geri qayıtmağa imkanı olmayan arvadı üçün bölgə valisindən kömək istəyib. Vali onun müraciətinə müsbət cavab verib və yaşlı adama maddi dəstək göstərilib.
Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, Rahmi Yıldızın arvadı Hüsniyyə Yıldız azərbaycanlıdır. Ötən ilin payızında Qarabağda müharibə başlayanda qadının Azərbaycanda yaşayan oğlu orduya çağırılıb. Nəticədə onun azyaşlı uşaqları və həyat yoldaşını himayə etmək üçün qadın Türkiyədən bir neçə aylığa Azərbaycana gəlib.
Bir müddət əvvəl onurğasından əməliyyat olan və işləyə bilməyən şəhid atası Rahmi Yılmazın maddi vəziyyəti pisləşib. Arvadının Azərbaycandan geri qayıtması üçün ona bilet almağa pulu olmayıb. O, üzləşdiyi vəziyyətlə bağlı “Öncü Haber” adlı yerli informasiya portalının qaynar xəttinə bildirib. Portal isə yaşlı adamın durumunu Düzcə valiliyinə çatdırıb.
Vali Cevdet Atay bu müraciətə müsbət cavab verib və çətin şəraitdə yaşayan yaşlı adama maddi dəstək göstərilib. O, həmin pula bilet alıb və indi arvadının Azərbaycandan geri qayıtmasını səbrsizliklə gözləyir.
“Ötən il Azərbaycanda Qarabağ hərəkatı başlayanda oğlunu orduya çağırdıqları üçün o da gəlininin və nəvələrinin himayəsində durmaq üçün getməli oldu. Getdi, amma indi də pulsuzluqdan mən onu geri gətirə bilmirəm. Əvvəllər heç kimə möhtac deyildim, amma indi səhhətimə bağlı işləyə bilmirəm, ehtiyacım var. Yanımda birinin olması, mənə qulluq etməsi lazımdır, xanımı gətirməyim lazımdır”,-o deyir.
Rahmi Yıldız ona maddi yardım edildiyi üçün valiyə minnətdarlıq edir. Bildirir ki, arvadı təyyarəyə minmək üçün koronavirus testi verib və tezliklə Türkiyəyə dönəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-05-2021, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-05-2021, 12:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09