7 ildir borcunu ala bilməyən Bakı sakini çıxılmaz vəziyyətdə qalıb - GİLEY
Bakı şəhəri, Nizami rayon sakini Təhməzov İsmayıl Qiyas oğlu şikayətçi qismində redaksiyamıza müraciət edib.
Şikayətçi bildirib ki, 2013-cü ildə ev almaq məqsədi ilə paytaxt sakini Həşimi Nahid Natiq oğluna 60 min manat pul verib. Lakin sonradan məlum olmayan səbəblərdən evi ala bilmədiyini görüb, qarşı tərəfdən pulunu geri tələb edib.
Qarşı tərəf isə bu günə qədər pulun yalnız 34 min manatını ödəyib. Məsələ ilə bağlı çoxlu sayda məhkəmə prosesləri keçirilib və borclu olan şəxsin dərhal borcu ödəməsi haqqında qərar verilsə də bu günə qədər çıxarılan qərarlar icra olunmur: “2013-cü ilin 5 oktyabr və 14 oktyabr tarixlərində Həşimi Nahid Natiq oğluna ümumilikdə 60 min manat pul vermişəm. Lakin bu günə qədər qarşı tərəf yalnız 34 min manat geri qaytarıb. Məsələ ilə bağlı dəfələrlə məhkəməyə müraciət etmişəm. Hər dəfə Nərimanov Rayon Məhkəməsi mənim xeyrimə qərar çıxararaq, borclu tərəfin borcdan qalan 26 min manatı dərhal geri qaytarılmasını tələb edib və icraat Nərimanov rayon icra və probasiya şöbəsinə verilib.
Hazırda iş Nizami rayon icra və probasiya şöbəsində aparılır. Lakin qarşı tərəf icra məmurunun tələblərinə əməl etməyib. Buna görə də Nərimanov Rayon Məhkəməsi 25.10.2018-ci il tarixində Nahid Həşiminin 10 gün müddətinə inzibati qaydada həbs edilməsi, ölkədən çıxış hüququ məhdudlaşdırılması haqda qərar qəbul edib.
Bütün bunlara baxmayaraq, qarşı tərəf hələ də borcu ödəməkdən yayınır. Bəhanəsi isə budur ki, onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər yoxdur.
2020-ci ildə Nizami rayon icra və probasiya şöbəsinin qərarına əsasən Nahid Həşimi barəsində axtarış elan edilib və onun axtarılması aidiyyəti polis orqanına həvalə edilib. Həmin ilin iyun ayında polis tapıb, Nizami Rayon Məhkəməsində məhkəmə prosesi keçirilib, qərar verilib ki, onun davranışında heç bir cinayət işi yoxdur və məhkəmədən azad edilib".
Şikayətçi pozulan hüquqları ilə bağlı aidiyyəti orqanlardan kömək istəyir: “Bu vaxtadək bir çox ali orqana şikayət ünvanlamışam. Lakin 7 ildən çoxdur ki, borcum ödənilmir. İcraçı Əlihüseyn Aslanov da işə biganə yanaşır, məsələnin həlli yolunda ciddi tədbirlər görməyə çalışmır. Aidiyyəti orqanlardan xahiş edirəm, illərdir pozulan hüquqlarımın bərpası üçün mənə köməklik edilsin, dövlətin qayda qanunlarına riayət edilərək, qarşı tərəfin cəzalandırılması və borcunu ödəməsi istiqamətində real tədbir görülsün”.
Məsələ ilə bağlı olaraq şikayətdə adı keçən icraçı Əlihüseyn Aslanovun mövqeyini öyrənməyə çalışdıq. İcraçı qeyd etdi ki, şikayətlə bağlı cavab vermək səlahiyyətində deyil: “Bununla bağlı Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edin. Çünki icraçı olaraq bu cür məsələləri cavablandırmaq səlahiyyətimiz yoxdur. Ümumiyyətlə isə, deyə bilərəm ki, həmin məsələ ilə bağlı qanunda göstərilən bütün icra tədbirləri görülüb”.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, şikayətlə bağlı araşdırma aparılır, tezliklə açıqlama veriləcək.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:8-05-2021, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-05-2021, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti