reklam
Regionxeberlericom.az » Sosial » Qapalı metronun artırdığı TAKSİ QİYMƏTLƏRİ: - “Rəqabətliliyin təmin edilməsi ilə...”

reklam

Qapalı metronun artırdığı TAKSİ QİYMƏTLƏRİ: - “Rəqabətliliyin təmin edilməsi ilə...”



“Taksi xidmətində gedişhaqqının ikiqat artmaması üçün metronun açılması vacibdir”.

Nazirlər Kabinetinin (NK) qərarına əsasən Ramazan bayramı günləri daxil olmaqla mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. NK tərəfindən qəbul edilmiş qərar əsasında metronun uzun müddətdir fəaliyyət göstərməməsi taksi qiymətlərinin artmasına səbəb olmuşkən bayram günlərində də heç bir ictimai nəqliyyatın işləməməsi müstəqil fəaliyyət göstərən taksilərin və taksi şirkətlərinin qiymətləri daha da artırmasına gətirib çıxarıb.

Taksi şirkətlərinin süni qiymət artımına yol verməsi səbəbləri və onların aradan qaldırılması haqqında Yenicag.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov taksilərə olan tələbatın artması ilə şirkətlərin qiymətlərdə dəyişiklik etməsinin təbii olduğunu vurğulayıb.

Taksi xidmətindən istifadə edən insanların qiymət artımından narazılığının olduğunu bildirən ekspert çıxış yolunun taksi xidməti göstərən şirkətlərin sayınının artırılması ilə rəqabətliliyin təmin edilməsi olduğunu qeyd edib:

“Müvafiq qurumlar insanların daha çox ictimai nəqliyyatda virusa yoluxduğu qənaətinə gəliblər. Belə hesab olunur ki, avtobuslardan fərqli olaraq taksidə yoluxma riski daha aşağıdır. Bu, tibb sahəsinin məntiqi yanaşmasıdır. Bütün hallarda fəaliyyətinə icazə verilən taksi şirkətlərinin qiymətləri bahalaşdırmasının sərnişinlər tərəfindən müsbət qarşılanmaması açıq şəkildə görünür.

Süni qiymət artımının qarşısını almaq üçün hansısa taksi şirkətini cərimələmək düzgün yanaşma olmaz. Çünki qiymət tələbata görə artır. Tələbatın çox olması fonunda qiymətin bahalaşması normal haldır. Sadəcə taksi xidməti ilə məğul olan şirkətlərin sayının artırılmasına şərait yaratmaqla qiymət artımının qarşısını almaq olar. Bu baxımdan, sahibkarlara çağırış edilməsi daha məqsədəuyğundur.

Yaxşı olardı ki, metronun fəaliyyətinə icazə verilsin. Çünki koronavirusla mübarizə çərçivəsində ölkəmizdə fəaliyyətinə uzunmüddətli qadağa qoyulan sahə məhz metrodur”.



Paylaş:


Müəllif : Tarix:
10-05-2021, 20:38
Sikayət   


loading...
Загрузка...