reklam
Regionxeberlericom.az » Sosial » Rövşən Rzayevin biznesini kim yönəldir... - İDDİA

reklam

Rövşən Rzayevin biznesini kim yönəldir... - İDDİA



Ötən dəfə qeyd etdiyimiz kimi Rövşən Rzayevin “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”nə sədr təyin olunmasının 3 ili tamam oldu, artıq 4-cü ilidir.
Sözün düzü, Rövşən Rzayevin neqativ əməlləri haqqında, ona göstərilən etimadı doğrultmaması barədə o qədər yazılıb ki, artıq bu adamın personası insanları yorur.
Amma deyəsən, Rövşən Rzayev özü də “işsizlikdən” yorulub. Bizim ehtimalımıza görə, yaxın günlərdə olmasa da, yaxın zamanda Rövşən Rzayev vəzifəsi ilə vidalaşacaq.
Ancaq hazırda, yəni de-yure Rövşən Rzayev komitə sədri olduğu üçün ona bir neçə sual ünvanlayaq.
Cənab Rövşən Rzayev, deyirsən ki, mənim əlavə gəlir mənbəyim yoxdur, maaşla dolanıram.
Cənab Rövşən Rzayev, sən başın, dediklərinə özün inanırsan ?
Sən Azərbaycan cəmiyyətini nə hesab edirsən ?
Necə yəni maaşla dolanıram.
Rövşən Rzayev, deyirsən ki, oğlum kiçik bizneslə məşğul olur.
Cənab komitə sədri ! Heç utanırsan, heç ayıb edirsən ?
Sizin oğlunuz Almaniyada mənzil biznesi ilə məşğul olur. Mənzil biznesi məgər kiçik biznesdir ?
Cənab Rövşən Rzayev ! Sizin oğlunuz hansı pulla Almaniyada mənzil alıb-satır ?
Rövşən Rzayev, sizi Azərbaycanda restoranlar kralı kimi tanıyırlar.
Berlində "Karabakh” ("Qarabağ”) və Kölndə "Old Baku” ("Qədim Bakı”) restoranları kimə məxsusdur, cənab komitə sədri ?
Bəs deyirsən maaşla dolanıram ?
Rəhbərlik etdiyin komitədə 2 MÜHÜM, YAĞLI YER VAR:
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Mənzil İstismar Departamenti.
Fondun direktoru dostunuz və şərikiniz Mahir Abbaszadə, Departamentin direktoru isə ikinci dostunuz və ikinci şərikiniz Səbuhi Əhmədovdur.
Bəli, cənab Rövşən Rzayev, siz komitəyə öz şirkətiniz, biznes sahəniz kimi baxırsınız. Və deyirsiniz ki, maaşla dolanıram.
Rövşən Rzayev, siz Mahir Abbaszadənin əli ilə milyonluq tenderləri hansı şirkətlərə satırsınız ?
Rövşən Rzayev, siz keçən il qaçqın şəhərciyində daxili yolların təmirinə 200 min manat xərcləmisiniz.
200 min manata magistiral yol salırlar ee.
Özü də təmirə və şəhərcik daxili yola 200 min manat.
Rövşən Rzayev ! Sən məcburi köçkün şəhərciyində “besedka”nın tikintisinə 70 min pul xərcləmisən, 1 “besedka” 8 minə başa gəlib
8 min manata “besedka” olar, cənab sədr ?
8 min manata camaat ev tikir, sən də “besedka”.
Özün qaçqınların hesabına milyonlar qazanırsan, qaçqınların isə orta aylıq əmək haqlarını, digər güzəşt və imtiyazlarını ləğv edirsən.
Nə yazaq və necə yazaq ki, başa düşəsiniz, cənab sədr ?
Təsəvvür edirsiniz, məcburi köçkünlərin şəhərçiklərindəki JEK işçiləri 4 aydır əmək haqqı ala bilmirlər.
Məcburi köçkün şəhərçiklərində su tapılmır, insanlar koronavirus dövründə əllərini yumağa su tapmırlar.
“Azərsu”yun 1 litrini 0.7 manata satdığı suyu, sən alıb qaçqınlara 1.5 manata satırsan. Şəhərciklərdə bütün qış dövrü istilik sistemi-“kotelni” işləməyib.
Qaçqınlara verilən dəniz suyunu filtrdən keçirib qaçqınlara hər litrini 15 qəpikdən satırsan.
Hansını yazaq, problem bir deyil, iki deyil...
Dostunuz və şərikiniz Mahir Abbaszadə 15 milyonluq tenderi kimlərə verdi ?
Digər dostunuz və şərikiniz, Balaxanıneft Neft Qaz Çıxarma İdarəsinin ( NQÇİ) rəisi olmuş, hazırda Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun qaçqınların başına oyunlar açıb, mənzilləri satır, qaçqın şəhərciklərində satmadığı yer qalmayıb. Və üstəlik qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.
Daha nələrdən yazaq ki, siz böyük cinayətlərin içində olduğunuzu anlayasınız, cənab Rövşən Rzayev. //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
12-05-2021, 10:15
Sikayət   


loading...
Загрузка...