reklam
Regionxeberlericom.az » Sosial » Beyləqan Maliyyə idarəsinin müdiri Asif Ağayevlə necə anlaşdı? - İDDİA

reklam

Beyləqan Maliyyə idarəsinin müdiri Asif Ağayevlə necə anlaşdı? - İDDİA


Samir Şərifovun işçisi icra başçısının ev işlərinə nəzarət edir Beyləqana icra başçısı təyin olunan Asif Ağayevin islahatlar apararaq xələfi Vaqif Abdullayevin kadrlarını təmizləyəcəyi gözlənilsədə, hələki bu baş vermir...

Bizimxəbər.az-a daxil olan məlumata görə Asif Ağayev xələfi Vaqif Abdullayevin kadrları ilə anlaşmağa başlayıb.

Belə ki, başçı ötən gün keçmiş meliorativ idarənin müdiri olan və bir çox adamlara pul atdığına görə Əhməd Əhmədzadə tərəfindən qovulan Məzahir Qanboyovu rayon Yaşıllaşdırma idarəsinin müdiri təyin edib.

İcra başçısının anlaşdığı kadrlardan biri isə Beyləqan Maliyyə idarəsinin müdiri İslam Allahverdiyev olduğu deyilir. Bizimxəbər.az-a verilən məlumata görə işdən çıxarılacaq məmurlar siyahısının başında duran İslam Allahverdiyev heç kəsin ağlına gəlməyəcək dərəcədə icra başçısı ilə çox yaxın münasibət qura bilib. Bu münasibətlər o qədər “istiləşib” ki, hətta maliyyə idarəsinin müdirinin şəxsən başçıya yemək bişirdiyi deyilir.

Rayon icra hakimiyyətindəki mənbənin saytımıza verdiyi məlumatda iddia edilir ki, İslam Allahverdiyevlə Asif Ağayevin anlaşmasının səbəbkarı Sabirabad “KapitalBank”ının müdiri Sakit Zahidov olub. İcra başçısı Asif Ağayevlə həmyerli olan Sakit Zahidov həm də İslam Allahverdiyevlə qudadır. Asif Ağayev Beyləqan icra başçısı təyin edildikdən sonra Sakit Zahidov həmyerlisini təbrik etmək üçün ziyarətinə gəlib. “Kapital” Bankın Sabirabad filialının müdiri həmyerlisini təbrik etməklə bərabər həmdə qudası İslam Allahverdiyevi onunla tanış edərək xahişini edib.

Məlumata görə, Sakit Zahidovun qudasını başçıya tapşırmasından sonra İslam Allahverdiyev hər gün bir neçə dəfə başçının kabinetində olur. Hətta Asif Ağayev həmyerlisinin qudasına o qədər inanıb ki, icra başçısının evinin bazarlığını və bişirilən yeməklərə Samir Şərifovun Beyləqandakı işçisi nəzarət edir.

Bizimxəbər.az-a daxil olan məlumatda qeyd edilir ki, Samir Şərifovun Beyləqandakı işçisi yaxın ətrafı ilə keçirdiyi məclislərdə Asif Ağayevin onunla çox yaxın münasibətlərə malik olduğunu və başçının bəzi məsələlərdə onunla məsləhətləşmələr apardığını belə dilə gətirməkdən çəkinmir. Hətta İslam Allahverdiyev birazda uzağa gedərək icra başçısının məmurlar arasında yalnız ondan pul aldığını deyib.


Paylaş:


Müəllif : Tarix:
31-05-2019, 16:51
Sikayət   


loading...
Загрузка...