reklam
Regionxeberlericom.az » Sosial » Ermənilər Xocalıda əməlli-başlı İŞ APARIR... - BİZ İSƏ SUSURUQ...

reklam

Ermənilər Xocalıda əməlli-başlı İŞ APARIR... - BİZ İSƏ SUSURUQ...



Azərbaycanın Rusiya ordusunun nəzarətində qalan Yuxarı Qarabağ ərazilərindəki separatçı-terrorçu rejimin tör-töküntüləri 29 il öncə soydaşlarımıza qarşı kütləvi soyqırımı həyata keçirdikləri Xocalı şəhəri ərazisində yeni binaların layihələndirmə işlərini başladıb.

Moderator.az xəbər verir ki, bu haqda erməni mediasına “İvanyan” adlandırılmış Xocalının qanunsuz başçısı Boris Qəhrəmanyan danışıb.Onun sözlərinə görə, 180 iki, üç və dörd otaqlı mənzilin olacağı 9 çoxmənzilli binada Azərbaycan dövlətinin birbaşa nəzarətinə keçmiş ərazilərimizdən köçmüş ermənilər yerləşdiriləcək. “Hayastan” ümumerməni fondunun hesabına tikiləcək binalar müasir tələblərə uyğun olacaq.

Xatırladaq ki, bir müddət öncə xəbər verdiyimiz kimi, Xocalıdakı yeni mənzillərdən 80-də Ağdam rayonunun Şelli kəndindən köçmüş ermənilər yerləşdiriləcək.

Onu da vurğulayaq ki, 1992-ci ilədək Xocalıda azərbaycanlılara ərə gəlmiş bir neçə erməni qadından savayı bir hay ailəsi də yaşamayıb. Odur ki, erməni rejiminin bu Azərbaycan şəhərində yenidən məskunlaşma prosesinə başlatması tamamilə qanunsuzluq və hədsizlikdir.

Rəsmi Bakı ermənilərin Rusiya hərbi kontingentinin gözü qarşısında Xocalıda gördüyü və planlaşdırdığı işlərə hələki susqunluq nümayiş etdirir...




Paylaş:


Müəllif : Tarix:
18-05-2021, 10:10
Sikayət   


loading...
Загрузка...