İşıq sisteminin BABASI... - Yeyinti ittihamı
Bir neçə ay əvvəl yerli mətbuatda “Azərişıq” ASC-nin elan etdiyi tenderin qalibi barədə bilgi verilmişdi.
"Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən "Müxtəlif kabellərin satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Göknur Bakı LTD" MMC olması bildirilirdi. Gundeminfo.az xəbər verir ki, “Azərişıq” ASC "Müxtəlif kabellərin satın alınması" məqəsədilə "Göknur Bakı LTD" MMC şirkətinə 1 milyon 716 min 428 manat ödəycək.
Məlumat üçün bildirək ki, "Göknur Bakı LTD" MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur.
Onu da bildirək ki, Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin əsas tərəfdaşı və yeganə elektik enerjisi tədarükçüsü olan “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir.
Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də "Göknur Bakı LTD" MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb. Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarında iştirak edən iddiaçının vəzifəli şəxsi ilə birbaşa qohumluğu, həmçinin təsisçilik və asılılıq münasibətləri olanlar ola bilməz.
Onu da bildirək ki, bir il əvvəl qanuni təmsilçisi “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin sabiq sədri Baba Rzayevin qardaşı Rahib Rzayev olan "Göknur Bakı LTD" MMC-nin “Azərişıq” ASC-dən 17,3 milyon manat dəyərində tender müsabiqəsini udub.
Çox maraqlıdır ki, həm "Azərişıq", həm də "Azerenerji"nin yüksək dəyərdə olan tenderlərini adətən Balababa Rzayevin ailə üzvlərinə məxsus şirkətlər qazanırlar. Əsasən kabel biznesi, yenidənqurma, bərpa işləri ilə bağlı keçirilən tenderlərdə Rzayevlər qalib elan edilir. Azərbaycan Respublikasının "Satınalmalar haqqında" qanununun tələblərinə əsasən nəzarətçi və ya sifarişçi olan dövlət satınalmaları prossesində yaxın qohumlar və ailə üzvlərinə məxsus şirkətlər iştirakçı ola bilməz. Qanun birmənalı şəkildə bu bu satınalma prosseslərində iştirakçı olan tərəflərin iştirakını qadağan edir. Eyni zamanda tenderlərin icrasına nəzarət edən qurumlar , əsasən sifarişçi və icraçının eyni olması səbəbindən işin yekun keyfiyyətinə nəzarət imkanlarını itirmiş olur. Həmçinin də müvafiq olaraq keçirilən tenderlərin auditinin təşkili işi də həyata keçirilə bilmir.
Gundeminfo.az-a daxil olan məlumata əsasən 2020-2021-ci illərdə "Azərenerji" və "Azərişıq"ın yüksək həcmli tenderlərinin qalibləri əsasən Balababa Rzayevin yaxın qohumları və onunla birbaşa yaxın təması olan insanlar qazanırlar. Bu istiqamətdə apardığımız araşdırmalar davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2021, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2021, 16:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09