Başçının sabiq müavini şəhid bacısına: - “Qardaşın hərbidə nə iş gördü ki, sən də gedib neyləyəsən”
Şəhid anası icra başçısının müavini tərəfindən təhqirə məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə şəhid Zaur Nəbiyevin anası Lamiyə Nəbiyeva redaksiyamıza müraciətində bildirib.
Şəmkirin Ələsgərli kənd sakini Lamiyə Nəbiyeva iddia edir ki, rayonun hazırda həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovun müavini Qüdrət Əliyev onu və qızını təhqir edərək xoşagəlməz fikirlər səsləndirib. Vətəndaşın dediyinə görə, yaşadığı ev qəzalı vəziyyətdə olduğu üçün icra hakimiyyətinin nümayəndələri onun mənzilinə baxış keçiriblər və bundan sonra 3 gün müddətində evi tərk etməsini istəyiblər. Lakin vətəndaşın “hara gedim” sualı qarşısında aciz qalan icra hakimiyyətinin əməkdaşları onu başçı ilə görüşdürmək üçün icra hakimiyyətinə dəvət ediblər.
Şəhid anası deyir ki, icra hakimiyyətində onu artıq rayon təhsil şöbəsinin müdiri təyin olunan başçının sabiq müavini Qüdrət Əliyevlə görüşdürüblər: “Qüdrət Əliyev mənə yüksək səslə qışqıraraq “Mən pis adamam ki” ifadəsi ilə səsləndi. “Sizi tanımıram ki, yaxşı, yaxud pis olduğunuzu bilim” cavabını verdim. Mənə dedi ki, başçı hər an gedə bilər, mən isə burdayam. Sizin probleminizi həll edəcəm. Mənə dedi ki. evinizin vəziyyəti çox acınacaqlıdır və istəyirəm deyim ki, gəlin bizdə yaşayın. Bu, mənim üçün təhqirdir. Qızımdan soruşdu ki, siz işləyirsiniz? Cavab verdi ki, hərbiyə düzəlmək istəyirəm. Bu an Qüdrət Əliyev “qardaşın hərbidə nə iş görə bildi ki, sən də gedib neyləyəsən” cavabını verərək bizi yenidən təhqir etdi. Sonra qayıtdı ki, “ərə gedin, bütün problemləriniz həll olunsun”. Bilmək istəyirəm ki, bizi icra hakimiyyətinə təhqir etmək üçün çağırmışdı?”.
Şəhid anasının iddiaları ilə bağlı Qüdrət Əliyevə ayrı-ayrı vaxtlarda etdiyimiz zənglər cavabsız qaldı. Lakin məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Xatırladaq ki, bir müddət öncə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Onun müavini olmuş Qüdrət Əliyev isə təhsil şöbəsinin müdiri təyin edilib. Lakin görünür, o, özünü hələ də rayonun rəhbəri kimi görür və aparır. Əks halda şəhid anası ilə bu cür rəftar etməzdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2021, 17:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-05-2021, 17:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti