Azərbaycanda "GREENCARD" DƏLƏDUZLUĞU... - NARAZILIQ!
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Amerika Birləşmiş Ştatları dövləti tərəfindən hər il "müxtəliflik vizası" (diversity visa) və ya digər adı ilə "green card" lotereyası keçirilir. Lotereya qalibləri ABŞ-da müddətsiz olaraq yaşamaq, təhsil almaq və işləmək şansı əldə edirlər. Lotereyada iştirak üçün qeydiyyat hər ilin oktyabr ayında açılır. Növbəti ilin may-iyun aylarında isə qaliblər müəyyənləşir. Qeydiyyat prosesi çox sadədir və ABŞ Dövlət Departamentinin rəsmi veb səhifəsi olan dvprogram.state.gov
saytından həyata keçirilir. Lotereya iştirakçısı şəxsi məlumatlarını (ad, soyad, doğum tarixi və s.) qeyd etdikdən sonra hər bir iştirakçıya sadəcə ona məxsus olan "təsdiq nömrəsi" (confirmation number) verilir. Bu nömrə olmadığı halda iştirakçı hətta qalib olsa belə, növbəti mərhələyə keçə bilmir, yəni sənədlərini hazırlayaraq səfirlikdən viza alması mümkünsüz olur.
Ölkəmizdə fəaliyyət göstərən "Greencard Azərbaycan" şirkəti məhz bu təfərrüatlardan xəbərsiz olan on minlərlə insanı öz tələsinə salaraq istismar edir. Belə ki, lotereyada iştirakçı olmaq istəyən şəxslər natamam məlumatlarla aldadılaraq bu şirkətin saytından qeydiyyatdan keçirlər. Şirkət il ərzində insanların şəxsi məlumatlarını toplayıb oktyabr-noyabr aylarında onların yerinə rəsmi saytdan qeydiyyatdan keçir və təsdiq nömrəsini özündə saxlayır. Növbəti ilin may-iyun aylarında nəticələr elan olunduqda isə qalib gələn şəxslərə ancaq onların tələb etdiyi məbləğ (minimum 800 dollar) ödəniləcəyi halda təsdiq nömrələrini verəcəklərini deyirlər. Bu məbləğ ödənilmədiyi halda isə şirkət iştirakçını cərimə olunacağı ilə hədələyir. Tələblərinin qeyri-hüquqi olduğunu özləri də bildiyi üçün şirkət öz saytını (greencard.az) məhz müştərini məlumatlandırmaq üçün deyil, baş verə biləcək hər hansı narazılıqda özlərini haqlı çıxarmaq üçün lazım olan formatda hazırlamışdır. Belə ki, saytın müxtəlif yerlərində “green card” müraciətinin ödənişsiz olması qeyd olunur, digər tərəfdən "Xidmət Şərtləri" adlı bölmədə qalib gələn şəxsin şirkətə ödəniş etməli olduğu yazılır. Şirkətin "Xidmət Şərtləri" adlı mətninə ancaq bir neçə nəzərə az çarpan linklərə daxil olduqdan sonra çatmaq olur. Şərtlərin 9-cu bəndində qalib gələn iştirakçının "şirkətin xidmətləri"ndən istifadə etdiyi üçün minimum 800 dollar ödəniş etməyi öhdəsinə götürdüyü yazılır. (özü də xarici valyuta ilə). Bu məbləğin qarşılığında isə konsultasiya xidmətindən faydalana biləcəyi qeyd olunur. Bəs əgər şəxs konsultasiya almaq istəmirsə? Əhəmiyyəti yoxdur, yenə də 800 dollar ödəniş edilməlidir. Məsələnin əsl mahiyyəti konsultasiya vermək deyil, iştirakçının özünə aid olan təsdiq nömrəsini ona pul qarşılığında satmaqdır.
Təsdiq nömrəsini iştirakçıdan gizli saxlamaq, bunu ona pul qarşılığında satmaq lotereyanı keçirən ABŞ Dövlət Departamentinin rəsmi saytında "fraud" (dələduzluq) olaraq qeyd olunur. Məhz elə buna görə də, ABŞ-ın ölkəmizdəki səfirliyi şirkətin saxtakarlığı barədə məlumatlarla çıxış etmiş, bu məsələ çox sayda xəbər portallarında işıqlandırılmışdır.
2021-ci ilin may ayında qeydiyyat prosesi 2020-ci ilin oktyabr-noyabr aylarında baş tutmuş lotereyanın nəticələrinin elan olunacağı gözlənilir. Yenə də "Greencard Azərbaycan" şirkəti özündə girov olaraq saxladığı və alver predmetinə çevirdiyi təsdiq nömrələrini öz həqiqi sahiblərinə satmağa başlayacaq.
Bütün bunları nəzərə alaraq "Greencard Azərbaycan" şirkətinin fəaliyyətinin araşdırılması, şirkətin özündə saxladığı lotereya iştirakçılarının şəxsi məlumatlarının (təsdiq nömrələrinin) öz sahiblərinə ödənişsiz qaydada təqdim olunması və sözügedən şirkətin qarşıdan gələn qeydiyyat dövrlərində də bu və ya digər formada hüquqazidd əməllər törətməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsini Sizdən xahiş edirik.
Müraciətimizlə əlaqəli keçidlər:
https://dvprogram.state.gov/
https://dvprogram.state.gov/ESC/
https://travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/fraud.html
https://az.usembassy.gov/fraud-alert-on-the-2020-green-card-diversity-visa-lottery/
https://az.usembassy.gov/most-common-questions-related-to-the-dv-program/
https://az.usembassy.gov/az/visas-az/
https://greencard.az/
https://greencard.az/additional-info/what-is-greencard
https://greencard.az/xidmeti-shertler
https://apa.az/az/xarici_siyaset/abs-sefirliyi-greencard-viza-lotereyasi-ile-bagli-melumat-yayib-536831
https://qafqazinfo.az/news/detail/sefirlik-qrin-kartla-bagli-xeberdarliq-etdi-266076
https://az.trend.az/azerbaijan/gundem/3072122.html
https://spacetv.az/abs-s%C9%99firliyind%C9%99n-greencardla-bagli-x%C9%99b%C9%99rdarliq/
http://aktualxeber.az/?p=850

https://azpolitika.info/?p=515476
https://m.sputnik.az/azerbaijan/20190515/420398129/absh-sefirliyi-azerbaycan-vetendash-muraciet.html?mobile_return=no
https://news.milli.az/interest/792866.htm"
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2021, 17:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-05-2021, 17:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16